Menu

“Rusiyanın sayəsində siz ermənilərin dövləti var, torpağı var...” – Simonyan erməniləri satqınlıqda ittiham edib

31.10.2022, 15:54
“Rusiyanın sayəsində siz ermənilərin dövləti var, torpağı var...” – Simonyan erməniləri satqınlıqda ittiham edib

Kremlin əsas təbliğat ruporlarına rəhbərlik edən erməni əsilli mediamaqnat Marqarita Simonyan “Rossiya 1” telekanalının efirindən ermənilərə müraciət edib.

"AzPolitika.info" xəbər verir ki, Simonyan tarixdən bəzi xatırlatmalar etməklə Rusiyanın Ermənistan üçün hansı rola malik olduğunu anlatmağa çalışıb. Mediamaqnat bu dövlətin Kreml tərəfindən Azərbaycan torpaqları hesabına yaradıldığını və qorunduğunu etiraf edib: "Mən heç vaxt Ermənistanda yaşamamışam, mənim babam-nənəm də orada yaşamayıb. Ümumiyyətlə, ömrüm boyu cəmi iki dəfə Ermənistanda olmuşam. Amma mən etnik erməni olduğumdan erməni xalqına deyəcəklərim var...

Ermənilər, ayılın! Yaddan çıxarmayın ki, Rusiya sizin üçün kim olub və kimdir! Rusiyanın sayəsində siz ermənilərin dövləti var, torpağı var, ümumiyyətlə sərhədləri var. Qriboyedovu tanıyırsız? Bilirsiniz ki, o erməni xalqını xilas edib? Rusiya olmasaydı, bu gün Ermənistan deyilən dövlət olmamalı idi. Heç uzaq tarixə getməyək, 44 günlük müharibə zamanı kim Ermənistanı xilas etdi? Qərb? Əlbəttə ki, yox. Əgər Rusiya olmasaydı, Ermənistan fiziki olaraq yox olacaqdı. Bunun qarşısını heç kim ala bilməzdi. Heç kimi ittiham da etməyəcəkdilər. Məndə dəqiq məlumatlar var bununla bağlı. Erməni xalqı isə bütün bunları unudub, yenidən Rusiyaya qarşı satqınlıq edir”.

"AzPolitika.info"

Şərhlər

Elmira 2022-10-31 18:12:37

Bəli, Qriboyedov, gorbagor, erməniləri İrandan gətirdi Azərbaycan torpaqlarında yerləşdirdi. Bəli, ermənilər tarixən satqın millətdir! Tarixən öz xilaskarlarını 5 qəpiyə satırdılar. Azğın Marqo düz deyir.

Roma 2022-10-31 16:39:16

Ey tülküsifət Marqo amma çox düz demisən..."Ermənilər, ayılın! Yaddan çıxarmayın ki, Rusiya sizin üçün kim olub və kimdir! Rusiyanın sayəsində siz ermənilərin dövləti var, torpağı var, ümumiyyətlə sərhədləri var. Qriboyedovu tanıyırsız? Bilirsiniz ki, o erməni xalqını xilas edib? Erməni xalqı isə bütün bunları unudub, yenidən Rusiyaya qarşı satqınlıq edir”... malades sənə Rita...Tiqrana Qazax Xalqından salam de, dedilər ki, hazır olsun gəlirik, gedib travmatoloji şöbəyə nömrə götürsün...

Vetendaş 2022-10-31 16:00:20

Bəli unutmarıq Rusların Bakıya İsgəndər raketi atmağın..ermənilərin isə tarix boyu öz ağalarını satmagını Rusiya bilməsə yaxşıdır, hal hazırda ermənilərin özlərinə məxsus-Sahibinə- Agasına nifrəti tezliklə rusiyanın sonu olacaq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol