DTX-nin SAXLADIĞI NAZİR MÜAVİNİ VƏ ŞÖBƏ MÜDİRİNİN DOSYESİ (Yenilənib)

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdiyi bildirilib. İddia edilib ki, əməliyyat zamanı nazir müavini Elnur Əli oğlu Əliyev saxlanılaraq, istintaqa cəlb edilib.

Saxlanılan nazir müavininin dosyesini təqdim edir:

Elnur Əli oğlu Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr (1999-cu il) və magistr (2001-ci il) dərəcələrini əldə edib. 2009-2013-ci illərdə Böyük Britaniyanın Mançester Biznes Məktəbinin Maliyyə üzrə Biznes İdarəedilməsi (MBA) proqramını bitirib.

Elnur Əliyev 2000-2004-cü illərdə Xarici İşlər Nazirliyində çoxtərəfli diplomatiya sahəsində çalışıb, bir sıra regional əməkdaşlıq qruplarına sədrlik edib.

Nazir müavini 2004-2008-ci illərdə Azərbaycanın Belçika Krallığındakı Səfirliyində işləyib.

O, 2008-2017-ci illərdə Ciddədə yerləşən İslam İnkişaf Bankında müxtəlif vəzifələrdə, o cümlədən beynəlxalq ticarətin maliyyələşdirilməsində MDB üzrə baş menecer vəzifəsində çalışıb.

Elnur Əliyev 2017-2020-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyində ticarət nümayəndəsi vəzifəsində çalışıb.

2020-ci ildə Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Elnur Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

E. Əliyev ingilis, rus, fransız dillərində danışır.

Evlidir, üç övladı var.

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirir. Əməliyyat zamanı saxlanılanlar arasında nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov da var.

“Yeni Sabah” bildirir ki, İlkin Nəsibov 2020-ci ilin avqustunda o zaman mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun əmri ilə bu vəzifəyə təyin olunub.

Nəsibov İlkin Kamal oğlu 1987-ci ildə Goranboy rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini 2008-ci ildə Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bitirib. 2012-2020-ci illərdə “Ata Bank”da və “Kapital Bank”da məsul vəzifələrdə çalışıb.

635x100

Şərhlər

Vətəndaş 2022-11-20 15:54:41

Maraqlı hal yaranıb.Müavin.şöbə rəisi nə karədir ki, nazir bilmədiyi,demədiyi işlə məşğul olsunlar.Axı bu indiki Azərbaycan reallığında mümkün olmayan haldır.Müavin və digərləri cəzalanır.amma rüşvətin.oğurluğun çoxuna sahib olan nazir,Komitə sədri azadlıqda saxlanılır.Bu necə olur?Belə hallar idarəçilikdə neqativ hallardan xəbər vermir?

Oxucu 2022-11-08 19:38:06

Şəki Regional Mədəniyyət İdarəsinə müdir vəzifəsinə Azəri hansı savadına görə təyin ediblər ? Bəyəm 4000 işçinin içərisindən bir nəfər müdir təyin etməyə kadr tapılmadı ? Şəki Mədəniyyət İdarəsində uzun illərdir ki, çatışmamazlıqlar hökm sürməkdə davam edir ?

Sadiq 2022-11-03 15:57:37

Bunlar xalaogludur. Onun üçün də əl-ələ verib çapıb talayıblar mədəniyyət nazirliyini xaricdə öydrəndikləri üsullarla )))

Azər 2022-11-02 09:35:59

Çoxlu dil bilmək, hələ namuslu olmaq demək deyil. Öncə öz dilini bilmək şərtdir! Sonra lap çin dili bil. Əsas doğru dürüst adam ol. Və sössüz ki MÜTƏXƏSSİS ol.

Camaat 2022-11-02 09:27:06

Bunların hamısı mama uşağıdırlar.Özüdə guya biznesmen.Kimi harada gəldi vəzifələrə dürtürlər.Mədəniyyət hara bunun kimilər hara.Neçə dil bilir.Cəhənnəm olsun onun bildiyi dillər.Kimə lazımdır onu dili.Bütün sahələrdə manqurtlar at oynadır.

ELSAD 2022-11-02 00:19:06

Bunu kohne korrupsionerlerin yerine teze qoymusdular ki,bu da partladi.Vay be, arkadas.Basacilan deyil,vallah...

Davud 2022-11-01 17:19:37

Elnuru necə,hansı biliyinə,ixtisasına,iş təcrübəsinə görə Mədıəəniyyət nazirinə müavin təyin ediblər? Burada hansı neqativ hal rol oynayıb? Axı bunun nə ixtisası,nə sertifikatı,ne başqa göstəriciləri Mədəniyyət nazirliyinə məxsus işlərə yaramır.İkinci tərəfdən bu adam azz yaşında 5-6 idarə gəzdirilib.Bəs belələri uyğun olmayan vəzifələrə necə yol tapır?

X 2022-11-01 15:17:01

Ticarət arada bir siyasət bunlardan alınır mədə niiet

Tural 2022-11-01 15:14:57

Bax bu gözlənilməz və uğurlu addım oldu. Yoxsa bu "təzələr", xaricdə təhsil almış "cavan" kadrlar özlərini elə aparırlar ki, sanki bunlar dünyanı dağıtsa heç kim onlara dəyməz

miri 2022-11-01 15:12:27

Murdar qazanda ən keyfiyyətli məhsul da zay olur.

Mubariz 2022-11-01 14:42:43

Vay dədə , nə qədər dil bilir ? Yəqin Çingiz kimi ana dilini bilmədiyindən tutulub , yoxsa bunu həbs etmək hər oğlun işi ola bilməz ,çünki təzə kadrdır , pul görəndə diksinir

Son yazılar