Menu

Ukrayna Milli Qvardiyası həmyerlimizi mükafatlandırdı - FOTOLAR

04.11.2022, 15:06
Ukrayna Milli Qvardiyası həmyerlimizi mükafatlandırdı - FOTOLAR

Azərbaycanlı iş adamı ukraynalılara yardımı davam etdirir

“Ukrayna Milli Qvardiyası rəhbərliyi tərəfindən Rusiya-Ukrayna müharibəsi dövründə orduya etdiyimiz mütəmadi yardımların qarşılığı olaraq “Ukrayna Vətənpərvəri”, təşəkkürnamə, orden və medalla təltif olunmağımı, fəaliyyətimizə verilmiş ən ali mükafat kimi qiymətləndirirəm”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə uzun müddət Ukraynadakı Azərbaycan diasporasına rəhbərlik etmiş azərbaycanlı iş adamı Oktay Əfəndiyev özünün şəxsi “feysbuk” hesabından etdiyi paylaşımda bildirib.

“Şəxsimə və komandama verilmiş bu dəyər bizi daha da ruhlandırır. Müharibənin ən ağır dönəmində, ən qaynar nöqtələrə bu yardımların çatdırılmasında əməyi və zəhməti olan hər kəsə təşəkkür edirəm. Müharibənin ilk günlərindən öz məsuliyyətimizi dərk edərək, bu yola çıxdıq. 40 ilə yaxındır Ukraynada yaşayan bir iş adamı kimi, Ukraynanın ağır dönəmində bu prosesə öz töhfəmizi verməyə davam edirik. Ukrayna bu gün çətin və şərəfli mərhələdən keçir. Rusiya İmperiyası çökənədək bu proses davam etdirəcəyik”, - deyə O. Əfəndiyev qeyd edib.

Xatırladaq ki, O.Əfəndiyev müharibənin ilk günlərindən Ukrayna xalqına maddi və mənəvi cəhətdən böyük yardımlar edib. O, Ukrayna Ordusunun yardım fonduna 3 dəfə milyon qrivna məbləğində vəsait köçürüb. İş adamı maddi yardımlarıyla yanaşı, Ukraynada müharibə nəticəsində dağıdılmış infrastruktur obyektlərinin bərpasında yaxından iştirak edib və Ukraynanın müxtəlif bölgələrində şəxsi hesabına ərzaq yardımları paylayıb.

Onu da qeyd edək ki, Oktay Əfəndiyev 2006-cı ildə ölkə başçısı tərəfindən “Şöhrət Ordeni” ilə təltif edilib.

“AzPolitika.info”



Şərhlər

Azər 2022-11-04 15:55:38

Çox sağolun, Oqtay Əfəndiyev bəy! Nəcib adamsınız. Allah sizə kömək eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol