Menu

Somalidə ordu bazasında partlayış olub - 15 nəfər ölüb

05.11.2022, 22:45
Somalidə ordu bazasında partlayış olub - 15 nəfər ölüb

Noyabrın 5-də Somalinin paytaxtı Moqadişonun cənubunda hərbi bazada törədilən partlayış nəticəsində azı 15 nəfər həlak olub. “Report” xəbər verir ki, bu barədə yerli “Garowe” portalı məlumat yayıb.

Portalın tviterdə yaydığı məlumata görə, partlayış keçmiş qənnadı fabrikinin ərazisində yerləşən bazada baş verib.

Hadisənin intihar hücumu sonucunda törədildiyi vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol