Menu

"Qarabağ bir daha əsarət altına düşməyəcək" - Türkiyə PA-nın idarə rəisi

08.11.2022, 12:06
"Qarabağ bir daha əsarət altına düşməyəcək" - Türkiyə PA-nın idarə rəisi

"Bu gün bəzi adamlar zəfərimizə (Azərbaycanın Qarabağda qazandığı zəfər - red) kölgə salmağa çalışırlar".

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

O bildirib ki, müharibə dövründə Azərbaycan Ordusuna qarşı qara piar aparılıb:

"Bəziləri Azərbaycan xalqının məruz qaldığı zülmləri görməzdən gəlir. Biz bu dezinformasiyalara icazə verməyəcəyik. Qarabağ zəfərini musiqidə, kinoda, ədəbiyyatda - hər yerdə yaşadacağıq. Bu gün Qarabağ azaddır və bir daha əsarət altına düşməyəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol