Menu

Türkiyəyə müalicə üçün göndərilən daha bir qazi sağalaraq Vətənə qayıdıb - FOTO

10.11.2022, 12:38
Türkiyəyə müalicə üçün göndərilən daha bir qazi sağalaraq Vətənə qayıdıb - FOTO

Ağır yaralanan qazilərdən biri Yaqubov Rauf Qabil oğlu Türkiyədə müalicəsini tamamlayaraq Vətənə geri qayıdıb. Bu barədə “YAŞAT” Fondundan xəbər verilib.

Bildirilib ki, Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. “YAŞAT” Fondu qazimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayır.

Xatırladaq ki, bu günə qədər 177 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 157-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol