Menu

“Xersondakı məğlubiyyət Putin üçün böyük fəlakətdir” - Saakaşvili

10.11.2022, 17:54
“Xersondakı məğlubiyyət Putin üçün böyük fəlakətdir” - Saakaşvili

"Rus ordusunun Xersondakı məğlubiyyəti Rusiyanın Əfqanıstandan çıxmasından sonra ən böyük hərbi məğlubiyyəti, Ukrayna və azad dünya üçün isə ən böyük qələbədir".

"AzPolitika.info" xəbər verir ki, bunu Gürcüstanın keçmiş Prezidenti, hazırda həbsdə olan (xüsusi rejimli xəstəxanada müalicə olunur -red.) Mixail Saakaşvili "Feysbuk" profilindıə yazıb.

"Əlbəttə ki, bu qələbə üçün ağır bədəl ödənilib - yüzlərlə döyüşçümüz, o cümlədən gürcülər həlak olub. Yəqin ki, bütün rus təbliğatçıları ağlayacaq. Bu məğlubiyyət Putin üçün də böyük fəlakətdir. Qələbəmizlə olduqca qürur duyuram!", - Saakaşvili qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol