Menu

Silahlılar hərbi gəmiyə hücum etdi, 8 nəfər itkin düşdü

13.11.2014, 09:01
Silahlılar hərbi gəmiyə hücum etdi, 8 nəfər itkin düşdü

Aralıq dənizində silahlıların Misirin Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmisinə hücumu nəticəsində 5 hərbçi yaralanıb, 8-i isə itkin düşüb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, silahlıların 4 qayığı məhv edilib, 30 nəfər həbs olunub.

“Əməliyyat-axtarış tədbirləri nəticəsində 5 hərbi qulluqçu xəstəxanaya göndərilib, 8 nəfər itkin düşüb. Onların axtarışı davam etdirilir”, deyə Misirin Müdafiə Nazirliyindən bildirilib.

Misir hökuməti insidenti terror aktı kimi qiymətləndirib. Ilkin ehtimallara görə, hücumun arxasında “Ənsər Beyt əl-Məkdis" qruplaşması durur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol