Menu

“Ukraynasız heç bir danışıqda iştirak etməyəcəyik” - Bayden

14.11.2022, 22:19
“Ukraynasız heç bir danışıqda iştirak etməyəcəyik” - Bayden

"ABŞ Ukraynasız heç bir danışıqda iştirak etməyəcək".

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden G20 sammitinə gedərkən bildirib.

O qeyd edib ki, ABŞ silah tədarükündə Ukrayna Silahlı Qüvvələrinə yardım göstərməyə davam edəcək.

“Mən açıq şəkildə bildirdim ki, biz Ukrayna xalqına özünü müdafiə etmək imkanı verməyə davam edəcəyik. Onlarsız hansısa danışığa getmək fikrində deyilik. Ukraynasız heç nə edən deylik, bu, Ukraynanın verəcəyi qərardır”, - Bayden deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol