“İRANLA AZƏRBAYCAN ARASINDA GƏRGİNLİK ARTACAQ, MÜNASİBƏTLƏR KƏSKİNLƏŞƏCƏK...” - “Bu addımları atsaq, Tehran rejimi Azərbaycana heç nə edə bilməz...”
Sülhəddin Əkbər: “Azərbaycan öz ərazisində Türkiyə bazalarını yerləşdirməli, Britaniya və Pakistanla tərəfdaşlıq sazişi imzalamalıdır”
“İran aqressiv xarici siyasətini davam etdirsə, bu, İslam Respublikasının dağılması ilə nəticələnəcək”
“Xomeyninin inqilab zamanı Tehrana haradan gəldiyini unutmayın...”
Azərbaycan-İran münasibətlərində gərginlik davam edir. Son 30 ildə birmənalı olaraq Ermənistanın yanında yer alan, “şiə həmrəyliyi” adı altında Azərbaycanda təsir dairəsi yaratmağa çalışan Tehranın son vaxtlar bütün əndazələri aşan fəaliyyəti Azərbaycan tərəfindən adekvat reaksiyalarla cavablandırılır. Buna baxmayaraq, İran Ermənistan üzərindən regionda varlığını isbat etməyə və Azərbaycanı bacardığı qədər təzyiq altında saxlamağa çalışır.
“AzPolitika.info” bu mövzunu Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik eksperti Sülhəddin Əkbərlə müzakirə edib.
- Sülhəddin bəy, hazırda İran-Azərbaycan münasibətlərində gərginlik davam edir. Situasiyaya Cənubi Qafqaz uğrunda mübarizədə ABŞ, Avropa, Rusiya və İranın fəallaşması fonunda baxdıqda hansı mənzərə ortaya çıxır?
- Baş verənlər yeni dünya nizamı quruculuğunun və bununla əlaqədar geostrateji, geosiyasi, geoiqtisadi mübarizənin təzahürüdür. Bu mübarizə artıq həlledici mərhələdədir və tərəflər yeni dünya nizamında tutacaqları yer uğrunda mübarizə aparırlar. Bizim dünyanın müxtəlif regionlarında gördüklərimiz də ümumi mənzərənin ayrı-ayrı hissələridir.
Əlbəttə, İranın yeni dünya düzənindəki yeri ilə bağlı məsələ də var. Hər kəs - istər qlobal, istər regional, istərsə də lokal qüvvə olsun, hərə öz gücünə müvafiq şəkildə yeni düzəndə öz mövqeyini gücləndirməyə, əgər buna gücü çatmırsa, heç olmasa mövcud mövqeyini qorumağa çalışır. Baş verənlər ümumi şəkildə bundan ibarətdir.
- Bəs, Azərbaycan-İran münasibətlərində müşahidə olunan sərt ritorika və qarşılıqlı ittihamlar nədən xəbər verir?
- Prinsipial məsələ budur ki, ümumiyyətlə müstəqil Azərbaycan milli dövlətinin varlığını İran özünə, ərazi bütövlüyünə təhdid hesab edir. Əsas budur.
İkincisi, Azərbaycanın dünyəvi dövlət olmasını İranın teokratik rejimi özü üçün təhlükə sayır.
Üçüncüsü, Azərbaycanın deklorativ olsa belə, rəsmi demokratik inkişaf yolunu seçməsini İran öz anti-demokratik və totalitar quruluşu üçün təhlükə hesab edir.
Eyni zamanda, dünyəvi, demokratik və uğurlu Azərbaycanı İran təzyiq altında saxladığı ayrı-ayrı xalqlar üçün, xüsusən də orada yaşayan azərbaycanlılar üçün cazibə qüvvəsi sayır. Dünyəvi Azərbaycanın cazibə mərkəzi olması onun II Qarabağ savaşında qalib gəlməsindən, Türkiyə ilə strateji müttəfiqliyə getməsindən, Türk Dövlətləri Təşkilatının yaranmasından sonra mərhələ-mərhələ daha da güclənir. Bu da İranı narahat edir.
Operatriv-taktiki məsələlərə gəldikdə burada yeni dünya nizamı quruculuğu ilə bağlı ABŞ, İsrail, Böyük Britaniya, Rusiya, Türkiyə və Çinin regional maraqları ilə bağlı İranı narahat edən məqamlar var. Bunlar da alt səviyyədə İrana toxunan məsələlərdir. Yəni, ümumi prinsipial məsələlərlə yanaşı qlobal və regional güc mərkəzlərinin Cənubi Qafqazda, xüsusən Azərbaycanda maraqlarının inkişafı da İranı narahat edən ikinci dərəcəli məsələlərdir.
- Rəsmi Bakı uzun illərdən sonra, dünyada yaşayan 40 milyon azərbaycanlının ana dilində təhsil almasının, hüquqlarının qorunmasının vacibliyini önə çıxarır. Sizcə, Prezident Əliyevin Səmərqənddə belə açıq mesajlar verməsini zəruri edən səbəblər hansılardır?
- Əvvəla, bunu müsbət qiymətləndirirəm. Biz daim deyirdik ki, Azərbaycan heç olmasa demokratiya, insan haqları və milli haqlar sahəsində soydaşlarımızın hüquqlarını müdafiə etməlidir. Amma Azərbaycan özü demokratiya və insan haqları sahəsində tənqid obyekti olduğuna və rəsmi Bakı İranla münasibətləri qoruyub saxlamaq və inkişaf etdirmək istədiyinə görə buna getmirdi. Ancaq İran dost deyil, düşmən siyasətini açıq şəkildə həyata keçirməyə, Azərbaycanı təhdid etməyə, Ermənistanın yanında durmağa başladıqdan sonra, Azərbaycan həm də bir sıra xarici güc mərkəzlərindən dəstək almaqla bu addımları atmağa başladı.
Təbii ki, burada İranın Azərbaycana düşmən siyasəti, eləcə də Azərbaycanın gücünün artması, Türkiyə ilə strateji müttəfiqliyi, Türk Dövlətləri Təşkilatının yaranması, habelə Zəngəzur dəhlizi mövzusunda İsrail, Çin və Böyük Britaniyadan dəstək alması da rol oynayır. Həmçinin, Azərbaycanın ABŞ-dan və enerji təhlükəsizliyi ilə əlaqədar Avropa Birliyindən dəstək alması da önəmli rola malikdir. Yəni, bütün bu amillərin hamısı bir yerdə Azərbaycanın dövlət başçısına imkan verir ki, çəkinmədən belə bəyanatlarla çıxış etsin. Yəni bu, bir qədər gecikmiş olsa da, doğru istiqamətdə atılan addımdır.
Bundan sonra İranla münasibətlərdə müvəqqəti fasilələr, siyasi-diplomatik “atəşkəs” yaşana bilər. Amma mahiyyət etibarı ilə ortadakı ziddiyyətlər barışmaz ziddiyyətlərdir. Bu dövlətlər təbiət etibarı ilə bir-birinə zidd dövlətlərdir. Ya İranda rejim dəyişməli, demokratik rejim qurulmalıdır, ya da İran aqressiv, militarist xarici siyasət yürütməkdə davam edəcəksə, bu, İslam Respublikasının dağılması ilə nəticələnəcək. Hər halda, İran SSRİ-dən güclü dövlət deyil.
Fikrimcə, İran-Azərbaycan münasibətlərində gərginlik artacaq, münasibətlər zaman-zaman kəskinləşəcək. Odur ki, Azərbaycan ilk olaraq öz daxili gücünü - hərbi, siyasi, iqtisadi, maliyyə, kəşfiyyat, sosial-siyasi, milli birlik baxımından gücünü artırmalıdır.
İkincisi, onun Türkiyə ilə strateji müttəfiqliyi real məzmun kəsb etməlidir. Azərbaycan öz ərazisində Türkiyə bazalarını yerləşdirməlidir. Bu, ən təsirli güc ola bilər. Təkcə İran üçün deyil, digər güclər üçün də.
Üçüncüsü, Azərbaycan Türk Dövlətləri Təşkilatında aktiv rol oynamalıdır və hazırda oynayır da. Bunu da müsbət qiymətləndirirəm. Həqiqətən, Bakı bu təşkilatda fəal rola malikdir.
Nəhayət, Azərbaycan yeni dünya nizamı quruculuğunu, geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğunu və bu qarşıdurmada ən böyük güclərin kim olduğunu bilərək, addımlar atmalıdır. Hansı addımları nəzərdə tuturam?
Birincisi, Böyük Britaniya ilə strateji tərəfdaşlıq sazişi imzalamalıdır.
İkincisi, İsrailin və dünya yəhudiliyinin oynadığı rolu nəzərə alaraq, yubanmadan Təl-Əvivdə səfirliyini açmalı, bu ölkə ilə strateji əməkdaşlıq haqqında saziş imzalamalıdır.
Nəhayət, London və Təl-Əviv üzərindən ən vacib mərkəz olan Vaşinqtonla münasibətləri normallaşdırmalıdır. Bu dəqiqə bizim üçün ən vacib məsələ Bakı-Vaşinqton münasibətlərinin normal xəttə gətirilməsidir. Mümkündürsə, ABŞ-ın Gürcüstanla imzaladığı və ondan əvvəl Azərbaycana təklif etdiyi strateji tərəfdaşlıq xartiyası imzalanmalıdır.
Həmçinin, Avropa Birliyi və NATO ilə münasibətləri yeni səviyyəyə qaldırmaq lazımdır. Məsələn, Azərbaycan Avropa Birliyi ilə müzakirə etdiyi sazişi nə qədər uzadacaq? Bunu da imzalamaq lazımdır.
Eyni zamanda, Pakistanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmalıdır. Azərbaycan həm də Çinin regional maraqlarından istifadə etməlidir. Çinin orta dəhlizin açılmasında ciddi marağı var və Zəngəzur dəhlizi də əslində həmin dəhlizin bir hissəsidir.
Rusiyaya qarşı sanksiyalar işə düşdükdən sonra Mərkəzi Asiyadakı qardaş dövlətlərin Transxəzər, Azərbaycan-Türkiyə yoluna ehtiyacı artıb. Odur ki, ikitərəfli münasibətlərimizi qardaş türk dövlətləri ilə gücləndirməliyik. Bu addımları atmaq lazımdır. Bu addımları atsaq, Tehran rejimi Azərbaycana heç nə edə bilməz. Mən bu təklifləri illərdir deyirəm.
- Siyasi-diplomatik gərginlik fonunda birinci İran, daha sonra Azərbaycan sərhəddə hərbi təlimlər keçirdi. Sizcə, ümumilikdə hərbi-siyasi durumun kəskinləşməsi fonunda hərbi qarşıdurma ehtimalı nə dərəcədə yüksəkdir?
- Nəzəri olaraq heç nəyi istisna etmək olmaz. Əgər İran rejiminin necə aqressiv, militarist xarici siyasət apardığını, dünyada terrorizmi dəstəklədiyini, nüvə proqramını sürətlə həyata keçirdiyini nəzərə alsaq, ən azı görünən perspektivdə belə təhlükə var. Azərbaycanı belə bir təhdid gözləyir. Odur ki, Azərbaycan qeyd etdiyim addımlar haqqında düşünməli, onları atmalıdır. İran rejimi xüsusən Rusiyanın dəstəyi sayəsində nüvə silahı əldə edərsə, bir anlıq təsəvvür edin ki, İrandan qaynaqlanan təhlükə Azərbaycan üçün necə artacaq. İranın Suriyada, İraqda və Yəməndə iştirak formasını unutmamalıyıq.
- Hazırda regiondakı Azərbaycan-Türkiyə birliyi fonunda demək olarmı ki, İran, Rusiya və Fransa eyni mövqedən çıxış edir?
- Qeyd etdiyim kimi, yeni dünya nizamı qurulduqca və geopolitik qarşıdurma inkişaf etdikcə Rusiyanın mövqeyi bütün regionlarda, eləcə də Cənubi Qafqazda zəifləyir. Bu tendensiya getdikcə artacaq. Bu boşluğu İran doldurmağa çalışır. Digər tərəfdən, regionda Türkiyənin təsiri və gücü getdikcə artır. Bu baxımdan həm İran, həm də Rusiya narahatdır. Həmçinin, regionumuzda Türkiyənin güclənməsini istəməyən digər güc mərkəzləri də narahatdır. İran və Rusiyadan gələn təhlükə dolayısı ilə Ermənistan üzərindən dönüb Azərbaycana gələ bilər. Bir anlığa təsəvvür edin ki, münaqişə yenidən hərbi fazaya keçir, Fransa, İran və Rusiya Ermənistana hərbi dəstək verir.
Konkret Fransaya gəldikdə, Ruhulla Xomeyninin İslam inqilabı zamanı Tehrana haradan gəldiyini unutmayın. Xomeyni buna qədər Parisdə yaşayırdı və İrana da Parisdən gəldi.
- Hazırda Azərbaycan xüsusi xidmət orqanları ölkəmizdəki İrana bağlı təsir və casus şəbəkələrini ifşa edir. Görünən budur ki, proses bir müddət davam edəcək...
- Mən bunları bir qədər gecikmiş addımlar sayıram. Lakin gecikmiş olsa da, düzgün istiqamətdə atılan addımlardır. Görünür, Azərbaycanın özünə inamsızlığı var idi və düşünürmüş ki, İrana qarşı belə sərt addımlar atacağı təqdirdə Tehrandan gələcək cavab addımlarına hazır deyil. Zamanında Azərbaycan təhlükəsizlik xidmətində məlum səbəblərdən yaranan vəziyyət də buna imkan vermirdi. Amma xüsusi xidmət orqanlarında aparılan islahat və kadr dəyişikliyindən sonra, görünür ki, bu xidmətdə özünə inam yaranıb. Həm də burada siyasi iradə məsələsi var. Üstəlik, ola bilsin ki, Azərbaycan öz müttəfiqləri və tərəfdaşlarından dəstək alır. Odur ki, bu addımlar doğru addımlardır.
Unutmayaq ki, Azərbaycan müstəqillik qazanar-qazanmaz, İran bizim ölkəmizdə aktiv kəşfiyyat fəaliyyəti aparmağa başlayıb. Bu, gələcəkdə də kəşfiyyat müharibəsinin aparılmasını istisna etmir. Yeri gəlmişkən, biz müharibə dedikdə daha çox klassik müharibə haqqında düşünürük. Lakin müasir müharibələr strateji xarakter alır və belə müharibələrdə döyüşlərin müxtəlif formalarından istifadə edilir. Strateji müharibə çoxyönlüdür, bunun iqtisadi, siyasi, maliyyə, kəşfiyyat, informasiya, hərbi təhlükəsizlik tərəfləri var.
- Biz daim qeyd edirik ki, Rusiyanın ölkəmizdəki “beşinci kolon”u olduqca güclüdür. Bəs, İranın Azərbaycandakı “beşinci kolon”u, onun gücü, təsir dairəsi və imkanları haqqında nə demək olar?
- Dediyim kimi, İran artıq 30 ildir ki, Azərbaycanda aqressiv şəkildə fəaliyyət göstərir. Həm kəşfiyyat, təhlükəsizlik xidmətləri, həm də dini-ideoloji baxımdan. Bu mənada İranın da Azərbaycanda “beşinci kolon”u var, lakin o, Rusiya “kolonu” ilə müqayiqsə edilə bilməz. Bununla yanaşı, Rusiya və İranın “kolon”larının birgə hərəkət etməsi halında Azərbaycan ciddi qüvvə ilə üz-üzə qala bilər.
- Bəs, Azərbaycan buna hazırdırmı?
- Mən hökumətdə deyiləm. Odur ki, belə bir hazırlığın olub-olmamasından, əgər varsa, hansı səviyyədə olmasından xəbərim yoxdur.
- Ancaq əlamətlərə baxıb ümumi qənaətə gəlmək mümkündür...
- Hər halda, Azərbaycan belə addımlar atırsa, ortaya siyasi iradə qoyursa, deməli, həm müəyyən hazırlıq, həm də dəstək var...
Rasim Əliyev
“AzPolitika.info”
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.