Menu

Azərbaycan millisi səfərdə Moldovaya qalib gəldi - VİDEOLAR

16.11.2022, 23:09
Azərbaycan millisi səfərdə Moldovaya qalib gəldi - VİDEOLAR

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.  2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olub.

Kişineudakı "Zimbru" stadionunda oynanılan görüş Canni De Byazinin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Moldova yığması əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə qol vurmağı bacarıb. Meydan sahiblərinin futbolçusu Nikita Motspanın qolu ilə fərqi azaldıblar.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol