DEPUTATIN QANUNSUZ PUL ƏMƏLİYYATI İFŞA EDİLDİ – Məhkəməlik oldu

Millət vəkili Cavanşir Feyziyevə məxsus “Avromed Company” QSC barəsində protokol tərtib edilib. “Qafqazinfo” xəbər verir ki, şirkət rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir.

Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.

Müddəanın tələblərinə əsasən, “Avromed Company” xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Protokola Nəsimi Rayon Məhkəməsində baxılır. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.

Qeyd edək ki, “Avromed Company” 2002-ci ildən fəaliyyətə başlayıb və əczaçılıq sahəsində ölkənin ən böyük şirkətlərindən biridir.

635x100

Şərhlər

Söylü 2022-12-21 13:53:37

Bu ölkəni elə günə qoyublar ki, ... Hər şeyi saxtalaşdıriblar, hər şeyi. Dövlət adina demək olar ki çox az şey qalib. Bu qədər acgözlük, bu qədər biganəlik, nə qədər....

Seçici 2022-11-23 20:32:56

Son ildə keçirilən Deputat və Bələdiyyə seçkiləri Şəki də saxtakarlıqla həyata keçirilib ?

Vətəndaş 2022-11-20 15:47:50

Belə konkret faktlara və qanuna zidd əməllərə yol verdiyi ortada ola-ola bəs bu Milli Məclıs deyilən qurum, Hüquq mühafizə orqanları niyə ərəkərsizdir.Məgər onların vəzifəsi Aərbaycan qanunlarını pozanlara qarşı mbarizə etmək deyil? Bəs niyə susublar?Feyzoyevdən qorxurlar,yoxsa...

İM 2022-11-19 21:15:01

Cavanşir Feyziyevin köməkçisi Akif Salamovda özü kimi seçicilərə xidmət etmək fikrində deyil ?

Seçici 2022-11-19 18:14:52

Bu elə harınlayıb ki gözü ayağının altını görmür. Allah bilən yaxşıdır.

N.Seyfeli. 2022-11-19 00:36:13

Guvendiyi yer olmasa buna yol vermez; demeli arxasi mohkem yere soykenib.Allax cezalarini versin, milletin ah-nalesi tutsun onlari.

rasim quliyev 2022-11-18 21:46:21

Konstitusiya gore ziddir.Mehel qoyan var ki yaziq kasib

Roma 2022-11-18 21:16:08

Bu günlərdə səhv eləmirəmsə əgər, "hörmətli" deputatımız VƏTƏNPƏRVƏRLİKDƏN, DÖVLƏTÇİLİKDƏN ağızdolusu danışırdı...Burada belə bir mahnı yadıma düşür: Budurmu vəfası Dövlətə məhəbbətin...

Prezifdentimizi sevən 2022-11-18 18:13:10

Yazıq Şəki ? İcra Hakimiyyəti o gündə, Deputatı o gündə , Bələdiyyəsi o gündə ..? Hansı tərəfinə baxıb sevinsin ?

dadaşyev 2022-11-18 14:27:31

Millətvəkilləri qanunla ticarətlə məşğul ola bilməzlər axı.2002-ci ildən bu şirkəti təsis edibsə, demək, onun qanunsuz hərəkətləri 2002-ci ildən başlayıb,yəni qanunu saymaması dünənin-srağagünün işi deyil.Bəs bu iyirmi ildə qanunun aliliyini təmin etməli olan hüquq-mühafizə orqanları hara baxıblar?Əgər qanuna məhəl qoymadan millətvəkilləri ticarətlə məşğul ola bilmək gücündədirlərsə onda o qanunu silmək lazımdır.Qanun varsa,əməl olunmursa,demək yoxdur o qanun de-fakto.Elə isə de-yure olaraq da ləğv etmək lazımdır.

Son yazılar