Menu

“Bu qərar Azərbaycanın İran rejiminə siyasi şilləsidir” – Ramiz Yunus

19.11.2022, 12:32
“Bu qərar Azərbaycanın İran rejiminə siyasi şilləsidir” – Ramiz Yunus

“Milli Məclisin ölkəmizin İsraildə səfirliyinin açılmasına rəsmən start verməsi Azərbaycanın İran rejiminə siyasi şilləsidir”.

“AzPolitika.info” xəbər verir ki, bu fikirləri tanınmış siyasi təhlilçi Ramiz Yunus bildirib.

“Hansıki bütün müstəqillik illərində Qarabağ problemindən rəsmi Bakıya qarşı şantaj və təzyiq elementi kimi istifadə edərək bu məsələdə mane olmağa çalışirdı. İsrail isə bütün bu illər ərzində rəsmi Bakını dəstəkləyib və Azərbaycanın hərbi-strateji tərəfdaşına çevrilib”,-təhlilçi əlavə edib.

“Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi isə regionda status-kvonu tamamilə dəyişdi və ölkəmizin İsraildə səfirliyinin açılması bu gün artiq siyasi zərurətə çevrildi və buna görə Azərbaycan və İsrail xalqlarını təbrik edirəm!” – deyə, Ramiz Yunus qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol