Menu

İsveç XİN rəhbəri Türkiyənin “Pençe Kılıç” əməliyyatını pisləməyib

22.11.2022, 11:16
İsveç XİN rəhbəri Türkiyənin “Pençe Kılıç” əməliyyatını pisləməyib

“Pençe Kılıç” əməliyyatı zamanı mülki itkilərin qarşısını almaq vacibdir”.

APA xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström Moldovaya dəstək üçün Parisdə keçirilən donor konfransında “Expressen” nəşrinə deyib.

O, fransız həmkarından fərqli olaraq, Türkiyənin qonşu ölkələrdə keçirdiyi əməliyyatla bağlı rəsmi Ankaranı mühakimə etməyib.

“Türkiyə terror hücumlarına məruz qalmış bir dövlətdir və bütün dövlətlərin özünü müdafiə etmək hüququ var. Amma aydındır ki, mülki itkilərdən və mülki hədəflərdən qaçmaq vacibdir.

Hesab edirəm ki, bu kontekstdə biz tərtib edilmiş memoranduma sadiq qalmalıyıq, - Tobias Billström bildirib.

Billström “İsveç müstəqil xarici siyasət yürüdür” deyərək söhbətin başqa dövlətin bütövlüyünə hücumdan deyil, özünümüdafiədən ibarət olduğu xəttini müdafiə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol