Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 68 nəfərə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildirilib. 

****

Düzcedə zəlzələ zamanı daha bir nəfər həyatını itirib. Beləliklə, təbii fəlakət qurbanlarının sayı ikiyə yüksəlib.

Məlumata görə, yeraltı təkanlar başlayanda 47 yaşlı Hikmet Çələbi evdən tələsik çıxmağa çalışıb. Bu zaman o, müvazinətini itirərək yıxılıb və başı pilləkənə dəyib. Çələbi dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

***

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin şəxs aparıldığı xəstəxanada dünyasını dəyişib. 

***

Türkiyənin İstanbul şəhəri yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, təkan yerli vaxtla saat 04:08-də (Bakı vaxtı ilə 05:08) qeydə alınıb.

Zəlzələ nəticəsində yaralananların sayı 50-yə çatıb.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Mütəxəssislər yeraltı təkanların təkrarlana biləcəyini istisna etmirlər.

Zəlzələnin episentri Düzce rayonunda, ocağı isə 6,8 km dərinlikdə yerləşib.

Zəlzələ Türkiyənin İstanbul və Ankara şəhərləri daxil olmaqla şimal-qərbində hiss olunub.