İran İraqla sərhədə zirehli texnika toplayır

İran ölkənin qərb və şimal-qərb sərhədlərinə zirehli texnika toplayır.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın İslam İnqilabı Keşikçilər Korpusunun Quru Qoşunlarının komandanı Məhəmməd Pakvər deyib.

O bildirib ki, separatçı anti-İran terror qruplarının ölkənin şimal-qərbindəki hərəkatlarının ardınca, İran İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları ölkənin İraqla sərhəd bölgəsində öz qüvvələrini gücləndirərək təhlükəsizlik üçün bölgəyə zirehli texnika yerləşdirir.

"Hazırda Quru Qoşunların bəzi zirehli bölmələri və xüsusi təyinatlıları ölkənin qərb və şimal-qərbindəki (Kürdüstan və Qərbi Azərbaycan vilayətləri-İraq sərhədi) sərhəd əyalətlərinə yola düşüb. Bu addım sərhəddə yerləşən bölmələri gücləndirmək və İraqın şimal bölgəsində yerləşən terrorçu qrupların ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə həyata keçirilir", o deyib.

635x100

Şərhlər

dadaşyev 2022-11-25 15:24:29

Mən keçən dəfə yazdım,vermədi Azpolitika.Yenə deyirəm.İranla İraq arasında müharibə qaçılmazdır.İrana daxili qarışıqlıqdan əhalini yayındırmaq üçün ən son variant xarici düşmən tapmaqdır,bunun üçün isə ən uyğunu İraqdır.İraqa Qərb yardım edəcək Ukraynaya yardım etdiyi kimi,İran yalnız qalıb parçalanacaq dörd bölgəyə.Güney Azərbaycana,Xuzistana,Bəlucistana və Xorasana.Gələn ilin Novruz bayramına qədər İran Tiryək Respublikasından əsər əlamət qalmayacaq.Yoldaş dadaşyev boşuna söz deməz.

Son yazılar