Menu

“Ukraynaya yardım qərb ölkələrinə baha başa gəlir” - NATO-nun baş katibi

27.11.2022, 19:00
“Ukraynaya yardım qərb ölkələrinə baha başa gəlir” - NATO-nun baş katibi

Hazırkı münaqişədə rəsmi Kiyevə kömək etmək qərb ölkələri sakinlərinə baha başa gəlir.Bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

O, Avropada ərzaq və elektrik qiymətlərinin artması ilə razılaşıb. O, bir çox avropalı ailələr üçün “çətin günlərin” gəldiyini söyləyib.

Buna baxmayaraq, Stoltenberq Ukraynaya dəstəyi artırmağın zəruriliyini vurğulayıb. Alyansın baş katibi eyni zamanda bildirib ki, hərbi yardım Kiyevin danışıqlar masası arxasında mövqelərini gücləndirməyə qadirdir.

Mənbə: RenTV

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol