İSA HƏBİBBƏYLİ OĞLUNUN SAXLANILMASINDAN DANIŞDI - ”Bilmirəm ki, haradadır..."

Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır”.

"AzPolitika.info" xəbər verir ki, bunu "gununsesi.info"-nun Naxçıvan Muxtar Respublikasının Gömrük Xidmətinin rəisi Səhət Həbibbəylinin saxlanması barədə xəbərlərə dair sorğusuna cavabında onun AMEA prezidenti olan atası İsa Həbibbəyli deyib.

"Oğlunuz haradadır, ondan xəbəriniz varmı” sualına isə İsa Həbibbəyli cavab verməyib. 

Bilmirəm ki, haradadır, xəbərim də yoxdur” deyərək, telefonun dəstəyini asıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında anti-korrupsiya əməliyyatları başlayıb. Muxtar Respublikanın gömrük və digər maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışan bir neçə şəxs həbs edilib. 

"AzPolitika.info"

635x100

Şərhlər

Oxucu 2022-11-29 19:24:28

Bilir! AMEA-ya müxbir üzv seçiblər.

Senan 2022-11-28 22:03:20

Yəqin ki,isa həpipbəyli də tutuılar..

Nəbi 2022-11-28 21:39:32

Etikaya sığmayan belələrinin elmlər akademiyası kimi bir yerə rəhbərlik etməsi, ümumiyyətlə danışmağa abır-həyası olmamasıdır

Malik 2022-11-28 17:54:52

IsHebibbeyli ozude korupsiya ile meshgul olur. Kecen il akademiyadan ilin axirinda ozune 100 min manat premiya yazib, yegin bu il 200 min olar. Bunlar ele bilirki bu xalqin var dovleti bunlarindir. Bu meselelere kokunden son qoymagin vaxti coxdan catib. ...

Roma 2022-11-28 12:48:03

Cənab Akademik, "etikaya sığmayan" sizə verilən sual yox, oğlunuzun korrupsiyaya qurşanması, Dövlətə çatacaq vəsaiti talan etməsidir...

Son yazılar