Menu

Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsinə görə 150 manat rüsum ödəniləcək

28.11.2022, 18:32
Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsinə görə 150 manat rüsum ödəniləcək

Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsinə görə 150 manat rüsum ödəniləcək.

"Report"un xəbərinə görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.

Dəyişikliklə qida obyektlərinin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsinə əsasən təsdiq olunması ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsinə görə 150 manat dövlət rüsumu ödəniləcək.

Şərhlər

MRP 2022-11-28 19:41:47

Bu 150 manat sonda cüzi də olsa qiymət artımına səbəb olacaq.

Nahid 2022-11-28 19:34:28

KİV-lər. Üzünüzü AQTA-ya tərəf yönəldin. Həm də bahalaşmanın bu zamanında. Şok yaşayacaqsınız. Burda hər şey dəhşət anladır.

Sahibkar 2022-11-28 19:08:20

Bəs bu 150 manat hansı qatdada nəzərə alınacaq? Bu rüsum malların satış qiymətinə aid ediləcək? Bu bahaçılığa səbəb olmur?AQTA onsuz da rüşvətlə məşğuldur.

t.ədalət 2022-11-28 18:52:08

Onsuz da ac vəziyyətə düşən əhalini 150 manatla soymaq nəyə lazım?"Əhalinin təhlükəsizliyi" adı altında əhalinin cibini qazırsınız.Ərzaq təhlükəsizliyi adı altında qida təhlükəsizliyi reysterinə verilən pulu ikiqat əhalinin canından çıxaracaqlar.Allah zalımın evini yıxsın!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol