TALIBOVLARIN DUBAY MÜLKLƏRİ – On milyonlarla dəyəri olan əmlakların siyahısı (FOTOLAR)

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikasında aparılan yoxlamalar ciddi korrupsiya, mənimsəmə və vergidən yayınma hallarını üzə çıxarıb.

Muxtar Respublikada qeydə alınan bu cinayət faktları fonunda, bütün diqqətlər yenidən Talıbovlar ailəsinin üzərinə yönəlib. 30 ilə yaxındır Naxçıvanı “dəmir yumruğu” ilə idarə edən Vasif Talıbov və onun ailə üzvlərinin bu müddət ərzində böyük sərvətlər əldə etdikləri əvvəllər də sirr deyildi. Bununla belə, mənimsəmənin miqyası bu səviyyədə təsəvvür olunmurdu. İndi üzə çıxır ki, Talıbovlar ailə sərvətlərinin böyük bir hissəsini xarici banklara transfer ediblər, həmçinin dünyanın müxtəlif yerlərindən özlərinə sayısız-hesabsız mülklər alıblar.

“AzPolitika.info” OCCRP-yə istinadla həmin mülklərin bir qismini təqdim edir:

1) Dubayda yerləşən “Jümeyrah” adalarında 4 otaqlı mənzil. Mənzilin sahibi Rza Talıbovdur. Burada başqa lüks villalar, malikanələr də var. Mənzilin qiyməti 550 min dollardır. Mənzilin bir müddət əvvəl satışa çıxarıldığı bildirilir.

2) Dubayda yerləşən “Bulvar Central Tover 2”- də 3 otaqlı mənzil. Mənzilin sahibi Rza Talıbovdur. Dünyaca məşhur 22 mərtəbəli binada yerləşən mənzilin dəyəri təxminən 1,5 milyon dollardır. Bina “Bürc Xəlifə”nin yaxınlığında yerləşir.

3) “Bürc Xəlifə”dən çox da uzaq olmayan, 70 mərtəbəli “Opera Qrand”ın 35-ci mərtəbəsində 3 otaqlı mənzil. Mənzilin dəyəri 2,3 milyon dollardır.

4) “Standpoint” sarayında yerləşən 27 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində iki otaqlı mənzil. Mənzilin dəyəri 570 min dollardır və Rza Talıbova məxsusdur.

5) 63 mərtəbəli “Burj Lake” oteldə Rza Talıbov, Seymur Talıbov və Baharxanım Talıbovanın ayrı-ayrılıqda hər birinin 4 otaqlı mənzili var. Bu mənzillərin ümumi dəyəri 4,7 milyon dollardır. Bina “Dubay Mall”-ın yaxınlığında yerləşir. Bu binada Talıbovların ailə dostu Vüqar Abbasovun da 2 otaqlı mənzili var.

6) Seymur Talıbovun “Marina Gatedə” 2 otaqlı iki mənzili var. Mənzillər 42-ci və 48-ci mərtəbələrdə yerləşir. Bu mənzillərin ümumi dəyəri 1,4 milyon dollardır.

7) Seymur Talıbovun Dubayda “Opera Residence” binasının 31-ci mərtəbəsində 3 otaqlı mənzili var. Mənzilin dəyəri 620 min dollardır.

8) Seymur Talıbov Dubaydakı 34 milyonluq “Class Oteli”in sahibidir. Otel 2018-ci ildə açılıb. Bu ərazidə Dubayın ən iri ticarət mərkəzləri yerləşir.

“AzPolitika.info”










635x100

Şərhlər

Tural 2022-12-02 07:51:32

Dubaide ALİRza hoteli var onunda sahini bunlardi

dadaşyev 2022-11-30 22:21:02

335 manat maaşı olan qonşum yenə məndən soruşacaq ki görəsən 30 il qabaq müstəqilliyə hamılıqla çıxmışıq,yoxsa bir ovuc yupyumru planetsifət,qabanüz,kəlboyun,qlobusçöhrə begemotqarın məmurlar çıxıb?A balam,mən nə bilim,mən də sənin kimi çaşıb qalıram da hərdən?Bax bu nə deməkdir,hə?Məmurlar sanki bəşər övladı yox,kromanyondular,neandertaldılar,avstralopitekdilər bunca qamarlamaq instinktiylə.Hardandı bunlarda milləti bunca soyub talamaq həvəsi?Hansını vəzifəyə qoysan dərhal Yevlax ditdilisinə dönür başlayır sormağa.Xəzinə sanki İsveç inəyinin yekə əmcəyidi,məmurlar da süddən yanıq buzovlar,vəzifə görən kimi diriyirlər ağızlarını xəzinə əmcəyinə,doydum demədən tutulana qədər marçhamarç ömür boyu əmirlər.Millət qəpiyi qəpik üstünə qoyub yaşayır ee vallah-billah.Bir dönüb ac-yalavac qonum-qonşularına baxanda azca da olsa xəcalət çəkmirlərmi ki,yaxşı deyil,ağını çıxartmayaq,daha bəsdi filan?A balam,göz nə qədər ac olarmış bizim insanlarda!Allah Allaaah!Bunlara niyə bu vaxtacan göz yumulub?Nəzarət orqanları hara baxıblar?Görməyiblərsə və ya görüb susublarsa nəyə lazımdır o qədər nəzarət orqanları ki boş yerə maaş alırlar,dövlət maşınlarında gəzirlər?

Tprt 2022-11-30 20:31:41

30 ildi xəbəriviz yox idi, indi bilmisiz......... yazıg bu millət

vətəndaş 2022-11-30 17:34:30

Uşaq pulunun mənbəyi tapıldı.

t.ədalət 2022-11-30 16:59:39

Vasonun oğlanlarının ətrafında yəqin ki digəre Azərbaycan kürdlərinin,eləcə də İsa Həbibbəylinin övladlarının da mülkləri var.

Vətəndaş 2022-11-30 16:57:30

Talançı məmurla milləti xalqı misli görünməmiş halda atıblar. Yüzlərlə milyardları oğurlayıblar,ona görə də millətin böyük hissəsi acından ölür. ....

musa imanov 2022-11-30 15:35:03

naxcivana ayrilan pul dubayda imis ki bunlar dubayin yarisini alib ki sag olsunlar baslari yaxsi islayirmis

Roma 2022-11-30 14:20:27

Yəqin Talıbovların devizi, "Qaz vur, qazan dolsun" olub...

Azər 2022-11-30 12:41:55

İndi bildiz bunu.kişikiyiniz varıydı bir il əvvəl yazardızda.bu millet ona göre bedbextdirki yıxılanı baltalayır.vaxtınfa bile bile ki bu dagıdır bufceni qorxusundan hecne demir.bunların birincisi elə Azpolitikadı.

Son yazılar