Menu

Polis Elza Seyidcahanın maşınını əlindən aldı

30.11.2022, 18:22
Polis Elza Seyidcahanın maşınını əlindən aldı

Əməkdar artist Elza Seyidcahanın maşını cərimə meydançasına aparılıb. Müğənni Lent.az-a açıqlamasında bu faktı təsdiqləyib.

O bildirib ki, vaxtında cəriməni ödəmədiyi üçün maşını hələ də cərimə meydançasındadır: “Bu gün səhər verilişə gedirdim. Maşınımı cərimə meydançasına apardılar. Cəriməm var idi, vaxtında ödəmədiyimdən üst-üstə yığılır. Hər zaman deyirəm ki, polisim məni qoruyur. Amma bəzən bizi anlamalıdırlar. Çəkilişlərə gedirik, gecikirik”.

Qeyd edək ki, Elza Seyidcahan mətbuata açıqlamasında bildirib ki, onun 5 min manata yaxın cəriməsi var və maddi səbəblərə görə ödəyə bilmir.

Şərhlər

dadaşyev 2022-11-30 22:40:35

Yaxşı ki cəriməni vaxtında ödəməmisən.Cəriməni vaxtında ödəsəydin maşını cərimə meydançasına aparmazdılar və gündəmə gəlməzdin,yavaş-yavaş unudulardın.Hər işdə bir xeyir var yəni.Ona görə də bundan sonra da cərimələrini vaxtında ödəmə,qoy yığılsın ki,maşını ştrafnoya aparsınlar ki,unudulmayasan.Bu yaşda başqa necə gündəmdə qala bilmək olar ki?

t.ədalət 2022-11-30 20:15:31

Qəribədir,belə bahalı maşını olan Elza Seyidcahan mənzilinin olmamasından şikayətlənir və kömək istəyirdi...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol