Naxçıvandan Bakıya uçan təyyarə niyə qəzaya uğramışdı? – Dəhşətli aviaqəza ilə bağlı bilinməyənlər

Bu gün Azərbaycanın müstəqillik tarixində ən dəhşətli aviaqəzadan 27 il ötür. 1995-ci il dekbar ayın 5-də Naxçıvandan Bakıya uçan “Tu-134” təyyarəsi havaya qalxandan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. 

Bu qəza haqqında tarixçi Yadigar Sadıqlı sosial şəbəkədəki hesabında qeydlər paylaşıb.

“Hələ noyabrın 20-də təyyarənin heyəti jurnalda belə bir qeyd etmişdi: “Kondisioner sistemini yandıranda yağ yanığının qoxusu gəlir”. Kondisioner sistemi isə sol mühərriklə əlaqəlidir. Qoxu haqqında qeyd noyabrın 27-də təkrarlanır. Binə aeroportunun mütəxəssisləri səbəbi tapa bilmədikdə, noyabrın 30-da Moskvada yerləşən aviatəmir zavoduna teleqram vuraraq nümayəndə göndərmələrini istəyirlər”, o qeyd edib.

Y.Sadıqlı qeyd edibki, buna baxmayaraq təyyarənin istismarı davam etdirilib: “Dekabrın 5-də “Tu-134” Bakıdan Naxçıvana uçur. Həmin gün saat 17:52-də isə Naxçıvan-Bakı marşrutu üzrə havaya qalxdı. Uçuşun 86-cı saniyəsində sol mühərrikdə problem yaranır, gücü aşağı düşür. Bort mühəndisi isə tələsik qərar verərək sağ mühərrikin sıradan çıxdığını kapitana xəbər verir. Bir neçə saniyə sonra solmühərrikdən alov çıxır. 

Bort mühəndisin yanlış məlumatına əsaslanan kapitan isə sağ mühərrikin söndürülməsini əmr edir. Beləliklə, təyyarə tamamilə gücünü ititrir. Təyyarənin aşağı düşdüyünü, uçuş istiqamətində isə yaşayış evlərinin olduğunu görən kapitan təyyarəni kəskin döndərməli olur. Bu da onun maililiyini xeyli artırır və əkin sahəsinə planlaşdırılan enişini xeyli çətinləşdirir. Nəticədə, yerə birinci olaraq təyyarənin “qarnı” deyil, sol qanad toxunur. Fırlanaraq böyrü ilə hərəkət etməyə başlayan “Tu-134” beton elektrik dirəyinə çırpılır və dayanır”.

Onun sözlərinə görə, qəza nəticəsində təyyarədə olan 82 nəfərdən 52 nəfər həlak olur, 30 nəfər müxtəlif xəsarətlər alsa da, sağ qalır.

“Möcüzə nəticəsində yanğın baş verməyib, yoxsa qurtulan yəqin ki, olmazdı”, - Y.Sadıqlı vurğulayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Azər 2022-12-05 14:53:37

Niyə bizim mətbuat 1988-ci ilin dekabr ayında Bakıdan ermənistana zəlzələ ilə bağlı köməyə uçan təyyarənin bilərəkdən qəzaya uğraması ilə bağlı 70-dən çox insanın tələf olması ilə bağlı hər hansı bir məqlalə yazmırlar, o insanların xatərəsini yad etmirlər, ermənilər olsaydı indi bütün dünyaya car çəkərdilər.

Son yazılar