Marquşa Kiyevi “fəth edib” – “Hələ birinci həftədə qalib gəlmişik...”

Kremlin top-təbliğatçılarından olan Marqarita Simonyan (Marquşa) bəyan edib ki, Rusiya artıq «Kiyevi götürüb», Krımda isə üçüncü dünya müharibəsi olacaq.

Yeni boşboğazlığın bir payını o, təbliğati efirlərin birində bölüşüb. Xüsusilə, Simonyan bəyan edib ki, Rusiya guya artıq Kiyevi bombalamayacaq, çünki orada «bizim müqəddəs yerlərimiz» var, amma Berlin və Londonu nüvə zərbələri ilə hədələyib. Simonyanın arzularında işğalçılar bu ilin baharında Kiyevi götürüblər. Bu zaman o, əmindir ki, Qostomel - elə Kiyevdir, çünki işğalçılar oraya gedib çatıblar.

Ukrayna paytaxtına nüvə zərbəsi istisna olunur. «Bu, bir neçə səbəbdən heç cürə mümkün deyil. İkinci səbəb: bu, heç nəyi həll etmir, çünki biz, Kiyevə hələ birinci həftədə qalib gəlmişik. Biz, (sadəcə, Qostomelin hər yerində olmuşuq), biz, faktiki olaraq onu götürmüşük. Mən hərbçilər tanıyıram ki, onlar orada olublar və oradan getmək barədə əmrdən dəhşətə gəliblər. Biz, Kiyevlə mübarizə aparmırıq, Qərblə vuruşruq. O zaman, biz nə üçün Kiyevə atom bombası atmalıyıq? Biz, Kiyevlə döyüşmürük. Heç bir Kiyevi bombalamayacağıq, çünki səbəb var, birincisi -orada bizim müqəddəs yerlərimiz var» - Simonyan bəyan edib.

Bu zaman təbliğatçı bildirib ki, Vaşinqtonda, Berlində və Londonda «müqəddəs yerlərimiz» yoxdur, ona görə də onları vurmaq lazımdır. Ancaq təbliğatçı onu da deyib ki, Rusiya Krımı Ukraynaya verməyəcək. Onun məntiqincə, yarımadada üçüncü dünya müharibəsi başlanacaq.

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2022-12-06 17:56:29

Bu qadının sir-sifəti o qədər idbardır ki,ona qadın demək belə mümkün deyil.

Son yazılar