Zelenski Donbasa gedib

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Ukrayna Silahlı Qüvvələri Günü münasibətilə videomüraciət ünvanlayıb.

APA xəbər verir ki, bu barədə Zelenskinin rəsmi “Telegram” kanalında məlumat verilib.

Videomüraciətin Donbasda çəkildiyi qeyd olunub.

“Mən bu günü ön cəbhədə (red. Ukrayna Silahlı Qüvvələri Günü) bizim hərbçilərimizlə birlikdə qarşılayıram. Biz bu gün Donbasdayıq. Hərbi əməliyyatlar gedən ərazilər daha da genişlənib, mübarizə çətinləşib, qiyməti isə daha da artıb”,- Zelenski vurğulayıb.

O, Ukraynanın ərazi bütövlüyü üçün döyüşənlərə minnətdarlığını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar