“RUSİYA QARABAĞDA 2030-cu İLƏDƏK QALMAĞA ÇALIŞIR” - Kreml Vardanyan üzərindən nə planlayır?

Bir neçə gündür ki, Nikol Paşinyan susub. Əvəzində Ruben Vardanyan hər gün danışır, həm də radikal mesajlar verməklə. Görünür, Araik Arutunyanın başının dəstəsilə Fransada səfərdə olması da Vardanyanın işinə yarayıb və meydanı boş gördüyündən daha da fəallaşıb.

“AzPolitika.info” xəbər verir ki, bu sözləri Qarabağ ətrafında cərəyan edən prosesləri şərh edən təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl bildirib.

Ekspert xatırladır ki, 9 dekabra Ermənistan parlamentinin növbədənkənar iclası çağırılıb və ehtimal ki, Paşinyan sülh müqaviləsinin bağlanmasının qaçılmaz olduğunu parlament üzvlərinə və erməni cəmiyyətinə elan edəcək: “Vardanyan isə maksimalist mövqeyini davam etdirir. Paşinyanın yerini radikal şəkildə doldurmaq məqsədilə Vardanyan hər gün açıqlamalar verir, Qarabağ erməniləri qarşısında “barışmaz milli qəhrəman” obrazı yaratmaqla məşğuldur”.

Ekspert qeyd edib ki, 5 dekabrda Əsgəranda yerli erməni əhalisi ilə görüşən Vardanyan onları Azərbaycana qarşı birləşməyə çağırıb. Deyib ki, heç bir razılaşma Qarabağ məsələsini həll edə bilməz.

Separatçi milyader Azərbaycanın onların Qarabağda yaşamadığını istədiyini iddia edərək, məsələni ermənilər üçün “qəbuledilməz şəkildə” həll olunmaması üçün birləşmək lazım gəldiyini bildirib.

“Biz bütün istiqamətlərdə mübarizəmizi davam etdirməliyik: diplomatik, hərbi, siyasi, informasiya. Biz ayıq və hazır olmalıyıq” -deyə, süparatçı ünsür bildirib.

İ. İsmayıl qeyd edir ki, Vardanyanın “diplomatik, siyasi, informasiya” mübarizəsini hardasa başa düşmək olar: "Bəs “hərbi” mübarizə deyəndə Rusiya milyarderi hansı hərbi potensialı nəzərdə tutur? “Artsax müdafiə ordusu” adı ilə Azərbaycan ərazisində hələ də qalan silahlı dəstələrimi? Təbii, ona qulaq asan ermənilər də bu çağırışa inanmayıblar, amma bir ümidləri də var ki, bunu deyən Kremldən göndərilib və bəlkə sabah Rusiya hansısa formada bu sınıq-sallax erməni silahlı qüvvələri möhkəmlədəcək?”

Ekspertin fikrincə, özlərinə saxta tarix düzəldib, illuziyalara inanan erməni toplumundan bunu da gözləmək olar, amma mənasızdır: “ Bir “yumşaq hücumla”- ekoloji etirazla 3 saat ermənilərin “həyat yolunu” kəsən Azərbaycanın kəskin hücumu hələ qarşıdadır və Volkovun nala-mıxa vurması zaman məsələsidir-bir az tez, bir az gec”.

İ.İsmayıl deyiur ki, Vardanyan bununla kifayətlənməyib və dünən Feysbuk səhifəsində Kreml emissarı “artsax xalqı öz gələcəyini Azərbaycanın tərkibində görmür” yazmaqla, guya radikal əhval-ruhiyyədə olduğunu nümayiş etdirmək istəyib.

Onun sözlərinə görə, sülhün yeganə variantı barədə sərsəm fikirlərini bizə ünvanlayaraq öz aləmində yol göstərmək niyyətinə düşüb: “Deyir “Azərbaycan da anlamalı və qəbul etməlidir ki, sülhə nail olmağın yeganə yolu eyni regionda yan-yana yaşamaqdır, amma birlikdə deyil”. Biz də deyirik ki, Vardanyan və cəmi ermənilər nəhayət anlamalı və qəbul etməlidir ki, birgəyaşayış istəmirlərsə “çamadan, Laçın yolu, Gorus”. İstəyirlərsə getsinlər Gorusa və eyni regionda yanaşı yaşayaq. Bizimlə birgəyaşayışa mənəvi haqlarının olmadığını birinci ermənilər bilir və törətdikləri cinayətlərin müqabilində üzlərinin olmadığını anlayırlar. Biz böyüklük göstərib onların təhlükəsizliyinə və Azərbaycan vətəndaşları kimi hüquqlarına təminat veririk, amma erməni xisləti əsrlərdir ki, dəyişməz olaraq qalır”.

Təhlükəsizlik eksperti vurğualayır ki, Vardanyanın heç də həmişə öz sözünü demədiyi, hansı təlimatla Moskvadan yola salındığı bizə məlumdur, ona görə də, Xankəndi ətrafında baş verənlərə sadəcə seyrçi qalmaq olmaz:“Onun arxasında dayanan qüvvə asanlıqla bölgədə təsirinin azalmasına imkan verməmək üçün hər cür təxribatlara əl ata bilər, necə ki, Vardanyanın simasında bunun təməlini qoyub. Hətta, mümkündür ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını öz moderatorluğu ilə həyata keçirib müsbət imic qazansın, proseslərin Qarabağa keçməsini uzun müddətə dondursun. Nəqliyyat infrastrukturunun açılması, delimitasiya və demarkasiya işləri, anklav kəndlərin məsələsi uzun müddət tələb etdiyindən, konkret olaraq Qarabağ istiqamətində proseslərin arxa plana keçməsi Rusiya siyasətinin əsas hədəfidir. Məqsəd Qarabağda Rusiya hərbi kontingentinin qalma müddətinin 2030-cu ilə daşımaqdır. Düzdür, Rusiya-Ukrayna müharibəsi, Rusiya siyasi hakimiyyətində mümkün dəyişikliklər, digər qlobal güclərin bölgəyə təsir imkanları, eyni zamanda və ən əsası, Azərbaycanın bu siyasətlə barışmaması bizim 2025-ci ilin noyabrında Xankəndi və ətrafında dövlət nəzarətimizin yaranması ilə nəticələnə bilər”.

İlham İsmayıl xatırladır ki, dekabrın sonuna separatçı rejim “idarəetmə sistemində” dəyişiklik edib “referendum” keçirməyə hazırlaşır. Onun sözlərinə görə, məqsəd Ruben Karlenoviç Vardanyanı Rusiya sülhməramlıların nəzarət etdiyi ərazidə şəriksiz “lider” etmək, qondarma “prezident idarəetməsi”nə və paralel olaraq “parlamentin” fəaliyyətinə xitam verməkdir.

“Separatçı rejimin hansı “idarəetmə sisteminə” keçməsi bizim üçün fərq etməz. İstənilən idarəetmənin ömrü bizim 2025-ci ilədək dövlət nəzarətimizin yaranmasına qədərdir. Bəri başdan separatçılar da, havadarları da bunu bilməlidirlər”, - ekspert vurğulayıb.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Eli bəyə 2022-12-08 11:34:08

Bəli, 18ci əsrdə Türkiyəni keçib, İranda gizlənən, Azərbaycana gəlib, Çarlıqla xaçlaşan grekor sektası 1795 ci ildə etnik muxtarlıq veriləndən Bakı portundan Azərbaycana daxil olan Hərbi güclərlə yerli türk və azərbaycanlı ailələrinin doğma-əzəli hüquqlarına nəinki təhdid, vəhşiliklə hələ də məhv etməkdədirlər? Azərbaycan isə öz vətəndaş və dövləti hüquqlarını ona qarşı kəskinliklə iddia etmir?

t.ədalət 2022-12-07 19:03:14

Rusiyanın bu vəhşiliyinə heç cürə imkan vermək olmaz.Qarabağdakı işğalçı rus hərbiçilərinə ayrılan maliyyə də dayandırılmalıdır.Rusiya bizim hesabımıza erməniləri "qoruyan" ordu saxlayır.

Rasim bəyə 2022-12-07 18:16:21

2025-ci ilə qədər gözləsək gec olmayacaq ki?

RR 2022-12-07 17:07:47

Men bileni bunnar ora qiribse, cetin cixalar ordan ,, cetin meseledi))

Eli 2022-12-07 16:52:49

Millet de bir İnsan bir Şexsiyyet kimidir,yeni leyaqetini,şerefini,şexsiyyetşni ataq altına atanda her şeye gedir.İndi bu ermeniler olsun ya Vardanyanlar ferq etmez heyasızcasına gelib oturublar füz Azerbaycanın ortasında-göbeyinde ve biz yerde yaşaya bilmerik deye heyasızlıq nakişilik edir.Ay qeyretsşz köoekuşsğı indi sehv edib sizi bşr öğddet qonaq saxlamışuq ki,evimlzi torpağımızı dize verek.Redd olun hara isteyirsiniz gedin

Son yazılar