Menu

ABŞ Rusiya ilə müəyyən sahələrdə təmaslara hazırdır - Blinken

09.12.2022, 06:22
ABŞ Rusiya ilə müəyyən sahələrdə təmaslara hazırdır - Blinken

ABŞ dövlət katibi Ebtoni Blinken ölkəsinin Rusiya ilə müəyyən sahələrdə təmaslara hazır olduğunu açıqlayıb.

APA xəbər verir ki, bu barədə Blinken CBS telekanalına müsahibəsində bildirib.

Baş diplomata Moskva və Vaşinqton arasında rusiyalı Viktor Butun amerikalı Britni Qrinerlə mübadiləsinə dair razılaşmaların ikitərəfli münasibətlərdə dəyişiklik potensialının olduğunu göstərib-göstərmədiyi sualı verilib:

“Biz ardıcıl olaraq nümayiş etdirmişik ki, yumşaq desək, geniş münasibətlərimizdə problemlər olsa da, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə baxmayaraq, biz konkret məsələlər, müəyyən maraqlar üzərində işləyə bilərik ki, biz irəliləyişə nail olaq”.

Blinken bildirib ki, Rusiya ilə ədalətsiz şəkildə həbs edilmiş amerikalıları geri qaytarmağa çalışmaq üçün əməkdaşlıq edildiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol