Menu

Aİ Şurası Ukraynaya 18 milyard avroluq yardımı təsdiqləyib

10.12.2022, 23:19
Aİ Şurası Ukraynaya 18 milyard avroluq yardımı təsdiqləyib

Avropa İttifaqı (Aİ) Şurası 2023-cü ildə Ukraynaya 18 milyard avro məbləğində makromaliyyə yardımının göstərilməsini təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Aİ Şurası bəyanat yayıb.

“Şura Aİ-nin 2023-cü il ərzində Ukraynaya 18 milyard avro məbləğində maliyyə yardımı göstərməsinə imkan verəcək qanunvericilik paketi üzrə razılığa gəlib”, - qeyd edilib.

Bildirilib ki, 18 milyard avroluq kredit 10 illik güzəştli şərtlərlə təqdim olunur.

Aİ Şurasının bu təklifi gələn həftə Avropa Parlamentinə göndəriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol