TALIBOVLAR MİLYARDLIQ BİZNESLƏRİNİ XİLAS ETMƏYƏ ÇALIŞIRLAR – “Gəmiqaya Holdinq” ətrafında nələr baş verir? + FOTOLAR

Naxçıvan Muxtar Respublikasında (NMR) Talıbovların hökmranlıq etdiyi 27 il ərzində bütün gəlirli sahələrə, büdcə xərcləmələrinə bir ailə nəzarət edib. Ali Məclisin keçmiş sədri Vasif Talıbovun biznes imperiyasının əsas sütunlarını üç böyük şirkət təşkil edib: “Cahan Holdinq”, “Dizayn” və “Gəmiqaya Holdinq”. Bu şərkətlər təkcə Muxtar Respublikada deyil, Azərbaycanda, Türkiyədə, Gürcüstanda, eləcədə Avropa və Yaxın Şərq ölkələrində genişmiqyaslı biznes fəaliyyəti ilə məşğul olub.

Əlbəttə, Talıbovlar üçün böyük gəlir Azərbaycan büdcəsi hesabına dövlət sifarişləri, investisiya layihələri, nəzarətsiz idxal-ixrac əməliyyatları, təbii sərvətlər üzərində hökmranlıqdan əldə olunub. Məsələn, ötən iki on illikdə Naxçıvanda dövlət büdcəsi hesabına inşaa edilən bütün inzibati binaların, məktəblərin, yaradıcılıq mərkəzlərinin, yeni inşaa edilən yolların, abadlıq-qurucluq layihələrinin hamısı “Dizayn” və “Gəmiqaya Holdinq” tərəfindən həyata keçirilib. Muxtar Respublikada başqa heç bir MMC-nin bu layihələrə əlçatanlığı olmayıb.

Vasif Talıbovun tutduğu postdan istefaya göndərilməsi ilə təbii ki, Naxçıvan iqtisadiyyatını inhisara almış ailə şirkətlərinin monopoliyasına da tədricən son qoyulacaq. Bu istiqamətdə ilkin addımların atıldığı barədə xəbərlər yayılır.

Yayılan informasiyalara görə, “Gəmiqaya Holdinq”in adı dəyişdirilərək “Arkoz Holdinq”ə çevrilib.

Əldə etdiyimiz məlumatlara görə, bu dəyişiklik heç də mediada təqdim olunduğu kimi şirkətin Talıbovların nəzarətindən çıxarılması deyil. Əvvəla, Rza Talıbov bir müddət Holdiqinin prezidenti olsa da sonradan öz səhm payını "dövr edib"...

Solda Emin Uçar

Necə deyərlər, Talıbovlar işlərini ehtiyatlı tutaraq, “Gəmiqaya”nın əsas səhmlərini uzun illər şərikli biznes yürütdükləri Türkiyədən olan iş adamı Emin Uçarın qardaş ölkədə fəaliyyət göstərən “Arkoz” Holdinqinə veriblər. Bu şirkətin Azərbaycanda öz adı ilə də biznes fəaliyyətləri olub və hazırda davam edir.


Naxçıvanda baş verən siyasi dəyişiklikdən sonra “Gəmiqaya” adı ilə başlayan bütün şirkətlərin adları dəyişdirilib və dövlət reyestrindəki məlumatlar yenilənib. Rəsmi sənədlərdə Talıbovun bu şirkətdə hər hansı mülkiyyət hüquqları qeyd olunmayıb.

Ekspertlərə görə, bu dəyişiklik əslində Talıbovların var-dövlətlərini xilas etmək cəhdidir. Onlar “Gəmiqaya Holdinq”ə verdikləri nəhəng imtiyazlardan əsas payı götürsələr də onun xarici vətəndaş olan, inanılmış tərəfdaş Emin Uçarın mülkiyyətində qalmasını təmin etməyə çalışırlar. Hər halda Türkiyədən olan hansısa iş adamının Naxçıvanda Talıbovların himayəçiliyi və əsas pay sahibi olmadan biznes qura bilməsi mümkün deyil.

Məlumatlı mənbələr bildirilər ki, hazırda hər üç şirkətin onilliklər ərzində fəaliyyəti, dövlət hesabına əldə etdikləri layihələri, ölkədə və xaricdə yatırımları, mülkiyyəti araşdırılır. Araşdırmanın nəticəsi olaraq onların haqqında qərar qəbul ediləcək.

Rasim Əliyev

“AzPolitika.info”


635x100

Şərhlər

Vətəndaş 2023-01-08 16:58:57

Millətə trilyonlar atılıb. Heç kim cəzalandırılmır. .... Bunların damarlarından millət qanı axmır. Axsa öz millətinə qarşı bu qədər qəddar amansız əzazil heç kim olmaz. Millət acından ölür bu kimlərsə isə öz keflərindədirlər. ....

Adəm 2023-01-08 13:23:51

Millət pis gündədir. Bunlar niyə bu millətə bu qədər əzab verirlər. Bu qədər pul gələn ölkədə insanlar çörək pulu tapmır.Bunlar bu millətdə deyillərmi? Ya bu millətdən deyilənlər kimi qisas alırlar. Vasif kimilər milyardları yeyirlər millət isə ac. Bunu Allah götürməyəcək bir acınacaqlı son olacaq.

Rasim Quliyev 2023-01-08 10:41:33

Vasif Talibovun sonu hec pis olmayacaq.Yigdigini yigib bundan sonra 100 il yese qurtarmaz.

qaraguruh 2023-01-08 10:25:01

bu şəxs naxçıvana bir mala, birdə simdən düzəldilmiş sement qarışdıranla gəlmişdi--sonra vasif talıbov xalqdan oğurlanan pullarnan bunu və oğullarını oliqarx etdi-bunun eynisini bakıda da qayərəblar

köhne 2023-01-08 10:02:18

heç ne.boş söhbetlerdi.Onlara heç kes heç ne etmeyecek.

t.ədalət 2023-01-07 19:59:53

"Arkoz"un da sahibi kürddür.İkincisi də,Vasonun arxasında Bəylər Eyyubov dayanır.Vasonu elə-belə məğlub edə bilməyəcəklər.

İşsiz 2023-01-07 15:40:11

Millətə atılan 100-lərlə milyardın axırı necə olacaq. Çovdarovsayağı olacaqmı?

dadaşyev 2023-01-07 14:23:52

Sovet vaxtı zastoy dövründə birinci sinifin “Ana dili” kitabında bir şer vardı.Xoşbəxt bir ölkənin gənc nəsliyik biz.Sevinclə doludur kiçik qəlbimiz.Partiya çıxarmış bizi ağ günə.Bu sevimli günə,bu parlaq günə”.O vaxt uşaq idim,o şeri mən də uşaq pafosuyla söyləmişdim müəlliməyə.Xəbərim yox idi axı dükanlarda ət-yağ deyə bir şey yoxdu,evdə tapılırdısa demək xoşbəxt idi bütün uşaqlar.İndi dükanlarda ət-yağ bollucadı,amma hər evin uşaqları tapammır onu,buna baxmayaraq bütün uşaqlar sevinc içindədi ki Qarabağ bizimdi Xankəndinə buraxılmasaq da.Biz böyüklər də Talıbovları,Çovdarovları görəndə sevinirik ki,nə yaxşı ki xalqın sərvətindən xalqa çatası neməti bir ovuc adam öz aralarında dədə-malı kimi bölüşüb şappaşap yeyir.Qanad açıb uçmaq istəyirsən ki nə yaxşı gələcəkdə yox,bax bu illərdə mövcudam,görəsən bizdən xoşbəxti varmı dünyada?Adam çox da sevinmək istəmir ki,çünki aşırı sevincdən də adam şəkər xəstəliyinə tutula bilir.Bir azcıq sevinsən bəsdi,daha cuşəgəlmək,ekstaz halına düşüb transa girmək yaxşı deyil.Camaat nə deyər?Ayıbdu vallah.Ağılsız adamlar,bu günlərin xöşbəxtliyini görməyənlər deyər ki,respublikanın hər hansı bölgəsində hərhansı məmurun dövlət malını, xalq malını yeməkdən enləndiyi bəlli olan gündən o məmur hüquq-mühafizə orqanlarının istintaqına cəlb edilməlidir.Bütün demokratik ölkələrdə belədir.Bunun gecikdirilməyi və ya belələrinə Çovdarov misalı bəraət verdirilməsi ona görə faciədir ki, “Tıq-tıq xanım” multfilmindəki xan evindən düyü oğurlayan siçanlar kimi səksəkə içində olan digər xəzinə gəmiriciləri rahat nəfəs alıb deyəcəklər ki “Əh,Kərbəlayı vurdu kolxozu dağıtdı,ona neynədilər ki bizə neynəsinlər?Davam et oaəəə,dövran bizimdieeeooaaəəə.Yeni yetim mallarına doğru irəli,ey əbədi müstəqilliyimizin sayseçmə gəmiriciləri.O dünyada onsuz da cəhənnəmdə əbədi yanacaq biçarələrik,heç olmasa bu dünyada yetim-yesirin makaron-vermişelinə qədər çırpışdıraq,bir türlü doymaq bilməyən gözümüzü bəlkə az da olsa doyura bildik,əlimiz də almaqdan o qədər yorulsun ki,Makedoniyalı İskəndərin əli kimi açılmış halda tabutdan sürüşüb aşağı sallanmasın,cəhənnəmdə yana-yana da olsa bu xoş günlərimizi xatırlayaq.Başqa nə xatırlayacağıq ki?Kiməsə zərrə qədər bir yaxşılığımız dəyirmi ki?”A balam,bunu mən də bilirəm ki bütün demokratik ölkələrdə belədir.Amma məsələ ondadır ki,bu axı bütün demokratik ölkələrdə belədir.

Son yazılar