Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinə yeni rəis təyin edilib. “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, Vüqar Qüdrət oğlu Ağayev FHN-in Muğan Regional Mərkəzinə rəis təyin olunub.
O, bu vəzifədə Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun qardaşı oğlu, polkovnik Mehman Axundovu əvəzləyib. Mehman Axundov öz istəyi ilə təqaüdə göndərilib.
Qeyd edək ki, 1985-ci ildə Bakı şəhərində anadan olan Vüqar Ağayev indiyədək Bakı Regional Mərkəzinin rəis müavini idi. Azərbaycan Beynəlxalq Universitetini bitirən 38 yaşlı polkovnik ailəlidir, iki övladı var.
Onu da qeyd edək ki, FHN-in Muğan Regional Mərkəzinə Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Biləsuvar, İmişli rayonları və Şirvan şəhəri daxildir.
***
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin rəisi təqaüdə göndərilib.
“Qaynarinfo” xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Muğan Regional Mərkəzinin rəisi, polkovnik Mehman Abdulrəhim oğlu Axundov öz ərizəsi ilə işdən azad olunaraq, təqaüdə göndərilib.
Qeyd edək ki, Mehman Axundov Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun qardaşı oğludur.
Mehman Axundov 21.06.1970-ci ildə Salyan şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. Ailəlidir. 2 övladı var.
Onu da qeyd edək ki, FHN-in Muğan Regional Mərkəzinə Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Biləsuvar, İmişli rayonları və Şirvan şəhəri daxildir.

Şərhlər
Azərbaycan Beynəlxalq Universiteti?!?
Hər şeyi deyir...
Yazırsız ki ABU -yalançı ali təhsil ocağı olub , səhv edirsiz oranı bitirənlər yüksək vəzifələrdə çalışır ,hətta Ali Məhkəmənin hakimləridə olurlar ( görəsən bu adamlar heç oranı tanıyırlar ?)
Kolxozstroyun bufetində aşpaz işəyən əndamlı Güllər xala arvadı ölmüş fəhlə Məmmədə daha çox diqqət göstərir, ona 2 porsuq yemək verirdi. Bir gün yenə Güllər arvad Məmmədin yeməyin bol eləyəndən sonra soruşur ki" Az Məmməd ürəyin daha nə istəyir? Məmməd utana- utana deyir ki, " A Güllər arvad 1 ildir ölüb. .... Güllər barmağını gicgahına qoyub xeyli fikirləşdiyini görən Məmməd soruşanda ki, nə fikirləşirsən? Güllər deyib ki, " Ay Allah görən mən buna verim ya verməyin?" İndi Kəmaləddin istefa ərizəsi deyillər 1aydır yazıb stolun üstündə hazırdır. İndi o da fikirləşir ki, ərizəni verim- verməyin.
K.Heydərov general Axundovun qohumunu işdən azad eyməklə ən azı qalan ömrünü onu oğurlayıb yığdıqlarını qəlb rahatlığı ilə, qorxusuz, ürküsüz ağız ləzzəti ilə yaşamaq şansı verib, yoxlayıb, iliştirib əlindən almayıb ki?