Menu

“Vaqner” qəbiristanlığından reportaj – Dəfn olunanların sayı 7 dəfə artıb + FOTO

25.01.2023, 16:12
“Vaqner” qəbiristanlığından reportaj – Dəfn olunanların sayı 7 dəfə artıb  + FOTO

Ölən “Vaqner” PMC muzdlularının dəfn olunduğu Krasnodar diyarındakı qəbiristanlıqdakı məzarların sayı son iki ayda 7 dəfə artaraq 170 qəbirə çatıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ”The New York Times” qəzeti yazıb. Nəşr 24 noyabr 2022-ci il və 24 yanvar 2023-cü il tarixlərinə aid peyk şəkillərini təhlil edib.

“The New York Times” yazır ki, ötən il dekabrın əvvəlində Molkino kəndi yaxınlığında “Vaqner” PMC qəbiristanlığının olması barədə yerli fəal və keçmiş hərbçi Vitali Votanovski məlumat verib. Onun sözlərinə görə, qəbristanlıqda sahibsiz cəsədlər basdırılıb.

Votanovskinin “Teleqram”da dərc etdiyi dəfnlərin fotoşəkilləri dəfn olunanların Donetsk vilayətinin Baxmut və Soledar bölgələrində gedən döyüşlərdə öldürüldüyü təxmin etməyə imkan verir. Qəzet yazır ki, məzar daşlarında qeyd olunan ən azı 16 ad və doğum tarixi Rusiyada cinayət törətməkdə təqsirli bilinənlərin məlumat bazasındadır.

Yanvarın əvvəlində PMC döyüşçüləri üçün qəbiristanlığın olması “Vaqner” rəhbəri Yevgeni Priqojin tərəfindən təsdiqlənib. Priqojinin mətbuat xidməti izah edib ki, hərbçilər vəsiyyətnamələrində dəfn yerini harada göstəriblərsə, orada dəfn olunublar.

RİA Novosti-nin məlumatına görə, ötən il dekabrın sonunda qəbiristanlıqda 90-dan çox məzar olub.

Qeyd edək ki, yanvarın 25-nə olan məlumata görə, Ukraynada həlak olan rus hərbçilərinin sayı 123 080 nəfərdir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol