“Avropa Birliyi (AB) hərif axtarır.Birliyin Ermənistana göndərəcəyi 200 nəfərlik monitorinq missiyasının ilk dörd aylıq xərci 8 milyon avro təşkil edəcək. Təbii ki, bu para missiyaya qatılan dövlətlərin vergi ödəyicələrinin cibindən çıxacaq”.
“AzPolitika.info” xəbər verir ki, bunu Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev “Feysbuk” səhifəsində yazıb. Diplomat qeyd edib ki, vəziyyəti belə görən AB birlik üzvü olmayan Avropa ölkələrini də missiyada iştirakla "şərəfləndirməyə" çalışır.
“Bir şərtlə ki, onlar göndərəcəkləri personalın bütün xərclərini - maaş, yolpulu, sığorta, ölkə daxilindəki hərəkət, yemək və digər ödənişləri öz üzərlərinə götürsünlər. Görək, necə olacaq? Onlar get-gedə mənasız və dilənçi psevdodövlətə çevrilən Ermənistanın xətrinə vətəndaşlarının cibinə girəcəklərmi”- deyə, V.Quliyev sual edib.
“AzPolitika.info”


Şərhlər