“Sağlamlıq arayışının rüsumu 41 manatdır, ona 1 kisə un almaq olar...” – Deputat

"2022-ci ildə 2021-ci ilə nəzərən dializə gedən xəstələrin sayı 13% artıb. Araşdırılmalıdır ki, bu, niyə belə olub”.

“AzPolitika.info” xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı parlamentin iclasında çıxış edərkən deyib. ”Digər tərəfdən, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı uğurlu addımlar atılır. Bu gün tibb işçiləri də, seçicilər də zərfə daxil olmayan pullu xidmətlərlə bağlı şikayətlər edirlər”, - o əlavə edib.

M.İbrahimqızı buna misal olaraq sağlamlıq arayışının rüsumunun 41 manat olmasını göstərib: “Bu, kasıb ailə üçün bir kisə un deməkdir. Tarif Şurasında həkim olub-olmadığını bilmirəm. Amma bu məsələyə komitədə baxaq. Eyni zamanda təklif edirəm ki, komitədə psixoloji xidmətlə bağlı dinləmə keçirək”.

“AzPolitika.info”

635x100

Şərhlər

Türk Turan 2023-01-26 11:54:02

Məlahət xanım İbrahimqızına dərin təşəkkürümüzü bildiririk, minnətdarıq! Allah sizi var eləsin!

dadaşyev 2023-01-25 23:35:37

Hörmətli Məlahət xanım, Tarif Şurası deyilən şey uçan boşqab kimidi.Letayuşiy tarelka yəni.Həm var,həm yoxdu.Müftəxorların qiymət artırmaq həvəslərini rəsmiləşdirən şura olduğu üçün yalnız o həvəs qabaran zaman “vdruq otkuda ni vazmis,poyavilsya Efiyopes” kimi anidən görünüb yox olur və xalqın acından günorta durub küçələrdə iş axtara-axtara veyillənən təbəqəsi ki var ha,bax o təbəqənin başına növbəti ağır daş salıb aradan çıxır.O ki qaldı o şurada həkimin olub olmadığına,nə fərqi var,şura toplananda xalatı tərsinə geyəcək Mozalandakı qlavvraç kimi.

Bəhrami 2023-01-25 21:25:32

Dəəyərli Millət Vəkili, adi qayda-qanundan, qlobal siyasətə qədər səmərəli qərar üçün dərin zəka və geniş mükəmməl mülahizə gərəkdir! Mən gənc deyiləm. Dövlət büdcəli (pulsuz) səhiyyədən sığortalı səhiyyəyə keçmişik.Covid aləmə sübut etdi ki, ən vacibi uçotdur! Yaşayış yerindəki Poliklinikada hər vətədaşın mütləq uçotu və siahıda adı olmalıdır!? Həmin qurum da heç bir qəpik ödəniş istəmədən arayışı verməlidir, məncə!

Adil 2023-01-25 19:54:04

Tibbi sığorta yarananda ümid etdik ki, nəsə düzələr. Tam əksi oldu. Və bu gün TƏBİB sağlamlıqla deyil xalqı mümkün qədər daha çox soymaqla məşğuldur, bunun üçün var gücü ilə həyasızcasına, heç kimdən qorxub çəkinmədən bütün qüvvələrini səfərbər edib.

Adil 2023-01-25 19:23:40

1 kisə un niyə, 1aylıq qaz pulu ,işlq pulu demək olmazmı?

t.ədalət 2023-01-25 19:12:06

Özü də bu rüsum xalq vətən uğrunda xeyli şəhid verdiyi bir vaxtda tətbiq olunur.Öz canını təmənnasız vətənin qorunmasına fəda edən xalqı belə istismar etmək,elə ermənilik kimi bir şeydir.

Son yazılar