AZƏRBAYCAN MƏMURUNUN ÖLMƏYƏN “KORRUPSİYA İRSİ”... - Və Mehdiyev, Talıbov, Mahmudov “nümunələrinin” davam etməsinin sirri...

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Dövlət Gömrük Komitəsində ötən gün keçirdiyi əməliyyat növbəti dəfə məmur, nazir, icra başçısı, rəis və s. adlar altında fəaliyyət göstərmiş və göstərməkdə olan “korrupsiya bossları”nın sonrakı taleyi məsələsini gündəmə gətirmiş olur. Görünən odur ki, Səfər Mehdiyevin vəzifədən gedəndən sonrakı qayğısız həyatını görən gömrük məmurları “köhnə hamam, köhnə tas” qaydasının da qüvvədə qaldığını düşünürlər...

Bu, o deməkdir ki, bir tərəfdən, nazirlər, komitə sədrləri, icra başçıları və s. dəyişsə də, bir çox strukturlarda “iş prinsipləri” dəyişməz olaraq qalır. Digər yandan, uzun illər dövlətdən, xalqdan yüz milyonlar “qapan” və sonradan “ya zəlzələdən, ya vəlvələdən” vəzifədən atılanların sonrakı hüzünlü, rahat aqibəti bu gün onların yerinə yağlı vəzifələrə oturanları çox da düşünməyə vadar etmir və “öz nəfsinin lehinə səs verməyə” həvəsləndirir.

Təbiət qoynunda, öz saysız-hesabsız villalarının birində dincələn Hacıbala Abutalıbovu, öz işində-gücündə olan və “haqq-halal zəhməti” ilə dolanan Ziya Məmmədovu, Zakir Qaralovu, “Qaçqınkom” Əli Həsənovu və onun Prezident Administrasiyasında işləmiş adaşını, Ramiz Mehdiyevi, Nəcməddin Sadıkovu, yaxud “Dədə Qorqud”da deyildiyi kimi, “baş kəsib, qan töküb, ad çıxarmış” Eldar Mahmudovu, hətta daha aşağı çaplı talançılardan olan Akif Çovdarovu və saydıqca bitməyən digər “layiqli istirahətə” göndərilənləri görən “Avropa təhsilli gənc məmur” qarşısında milyonları oğurlamaq perspektivi açılanda nə düşünməli, nədən qorxmalı, nədən çəkinməlidir ki?

Həmin “Avropa təhsilli gənc kadr” görür ki, “ağır xəstə” diaqnozu ilə azad edilən Akif Çovdarov kimisi hakimiyyətdən tutmuş vaxtilə min cür əzab-əziyyət, işgəncə verdiyi vətəndaşlara, ümumilikdə cəmiyyətə qədər hamıya meydan oxuyur, üstəgəl də açıq reketliklə əldə etdiyi 10 milyonlarla dollarla ölçülən əmlakı bu dövlətdən, deməli həm də onun vətəndaşlarından “sökə-sökə” geri alır və bununla da təkcə Azərbaycan hüquq-mühafizə və məhkəmə sistemi deyil, cəmiyyəti, haqq-ədalət anlayışını asanlıqla ayaq altına alıb tapdalaya bilir...

Ya da olsun DGK sədri Səfər Mehdiyevin, son olaraq isə Vasif Talıbovun aqibəti. Mehdiyevin Azərbaycanın ən zəngin adamlarından birinə çevrildiyini bu ölkədə bilməyən yoxdur. Talıbovun varidatını isə yüz milyonlar yox, milyardlarla hesablamaq olar. Ancaq bu adamlar qətiyyən xalqdan, büdcədən çapıb-taladıqları yüz milyonlara, əziyyət verdikləri insanlara, törətdikləri gizli və aşkar cinayətlərə görə hansısa mənəvi əzab çəkmirlər. Yox.

Sadəcə, yeganə nümunə olan Səlim Müslümov nümunəsini yaşamaqdan narahatdırlar. Ancaq görünən odur ki, narahat olmağa dəymir və onlar da bu gedişlə abutalıbovların, məmmədovların, mahmudovların, məmmədyarovların, qarayevlərin, mehdiyevlərin və s. taleyini yaşayacaqlar. Yeganə “diskomfortları” isə Azərbaycandan kənara çıxmaqda bir balaca çətinlik çəkməkləridir ki, yəqin, bu da zamanla “düzələn işdir”...

Bu gün də sosial müdafiə, səhiyyə sistemindən hüquq-mühafizə və məhkəmə sisteminə, icra hakimiyyətinə kimi hələ nə qədər “şişmə prosesində” olan nazir, icra başçısı, rəis, komitə sədri və s. var. Lakin onlar da nə zamansa uzağı “bir balaca qanqaraçılıqla” canlarını qurtaracaqlarını bilirlər.

Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda təhsil almış “çiçəyi burnunda” mədəniyyət naziri Anar Kərimovun ətrafında baş verənlər və onun istefaya göndərilməsi göstərdi ki, bəzən“yeni, gənc, Avropa təhsilli” kadrların təyinatı da ciddi dəyişikliklərə gətirib çıxarmır və bu kadrların müəyyən qismi düşüncə tərzi, mənəviyyatı, məram və məqsədləri ilə sadəcə, öz talançı, rüşvətxor sələflərinin gəncləşmiş simalarıdırlar.

Bütün bunlar isə o deməkdir ki, cəzasızlığı gərən Azərbaycan məmurları sələflərinin “korrupsiya irsini” qoruyub saxlamaqdan və hətta öz mənəvi atalarına “layiq olmaq” üçün hər cür cinayətə getməkdən çəkinmirlər...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

İ.Mustafaoğlu 2023-03-28 23:25:16

PA-da Vətəndaşların müraciətlərinə baxılmır, o qədərdə haqsızlıqlar baş alıb gedəcək ?

Hüseyn 0503263706 2023-03-27 15:45:48

Maraqlı mövzuları gündəömdə saxlayırsınız, Buna görə təşəkkür edirik. Xahişim odur ki, Naxçıvan hadisələrini gündəmdə saxlayasınıa. Miqyasına görə ən böyük məmur özbaşınalığını Vasif Talıbov törədib. Saysız cinayətlər törətmiş bu məmur Milli Məclisin deputatıdır. Təəsüf ki, xan feodal həyatını sürməkdə davam edir.

Vaqif 2023-03-05 17:14:41

Bu gün olkədə insanların canını boğazına yığan halların yaranmasının səbəbi cəzasızlıqdır. Bəli, gözlərimiz qarşısında ölkəni və xalqı talayanlar keyf , eyş-işrət içində yaşayırlar, əzabkeş xalq isə onlara baxıb daha da ümidsizləşirlər. Odur ki, ölkədə ləğv olunmuş ölüm hökümünü beş hala görə bərpa etmək lazımdır: 1. Vətənə xəyanət; 2. Qəsdən adam öldürmə; 3. Narkoticarət; 4. Xalqın və dövlətin vəsaitini talayanlar, xüsusilə də rüşvət yolu ilə; 5. Təcavüz. Yəni Sinqapur metodu, nə qədər ki, cəzasızlıq qalacaq, bu manqurtlar bir-birini əvəz edəcəklər.

musa 2023-02-11 00:55:31

bunları danışdırsan adamı borclu cıxararlar ki hələ millət bunlara borcludur

Cəmşid bəyə 2023-02-05 10:31:22

Azərbaycana Saakaşvili lazımdır. Vuruqların yerini dəyişməklə nəticə dəyişməz!

Pirsagili 2023-01-29 13:37:37

Azerbaycan respublikasi konistitusijasinin 8 ci maddesinin 4cu hissesine esasen Azerbaycan Respublikasinin presidenti mehkeme hakimijetinin musteqillijinin teminatcisidir...

abi 2023-01-28 21:21:16

sadəcə qiymət qalxır

Rəhim 2023-01-28 02:42:30

Ən təhlükəlisi isə bunıarən haməsının YAP-çı olmasıdır.Bunlar YAP-ın iç üzünü açıb ortaya qoyublar.

Rabitəçi 2023-01-27 21:38:29

Bu siyahıda nə üçün sabiq Rabitə nazirinin müavinləri Elmir Vəlizadənin və İltimas Məmmədovun adları hallanmır ?

afiq 2023-01-27 21:30:42

idarəetmə sistemi dəyişməli,qanunlarla yaşaımaq,işləmək əsas prinsipə çevrilməlidir

Yavər 2023-01-27 19:51:57

Diqqət edən olsa ölkədə baş verən neqativlərin əsası YAP-ın üzvləri tərəfindən törədildiyi və onların hakimiyyət tərəfindən təyin və mühafizüzvlərdən ölkəni bətbad etmək üçün yaradıldığını sübuta ehtiyacı qalmır.

Oxucu 2023-01-27 13:37:23

Bu halların uzun mwddət Azərbaycanda baş verməsi və cəzasız qalması sistemin başında duranlarln ya səriştəsizliyi,ya da göstərişi üzrə baş verdiyi şübhəsizdir.Axı bu qədər cinayətlərin bağışlanılması yalnız bu haıda baş verə bilər.ölkə hara sürüklənib?

Cəmşid Dərələyəzli 2023-01-27 12:47:23

Bütün bunlar hər kəsin bildiyi bir məsələ. Təssüf ki, bunun görünməyən tərəfi və məsələnin kökündən həlli ilə bağlı fikirlər səsləndirilmir. Deyərdim ki, məsələnin həlli konstitusiyada köklü islahatlara gedib, bütünn hakimiyyət qollarının özgüllüyünün təmin etmək yönündə icraların səlahiyyətlərini minimuma endirmək. Bu kadar basit və net. İKinci və ən əsası ölkədə ölüm hökümünü beş hala - Vətənə xəyanət, Narkoticarət, Təcavüz, Qəsdən adam öldürmə və xüsusən də röşvətə almağa görə qəbul edilməlidir. Sinqapur metodu yəni. Yoxsa indiki sistemlə heç nə dəyişməyəcək. O sistem ki, Ölkə Başçısı da öz çıxşlarında ssistemin köhnəldiyini bir zad söyləmişdir

Oxucu 2023-01-27 11:32:45

Sadəcə ümidsiz vəziyyətə düşdük, bütün xalq həqiqətləri bildi və nəticəsiz tutquları da gördü, Bərdə rayonuna jənab Vilayət eyvazovun məktəb yoldaşın rəis qoyub..açıq aşkar insanları şərləyib tutur pul alanda da deyir ki mənim bazarıma kimsə qiymət qoya bilməz dediyim məbləğ qanundur

Veteran 2023-01-27 10:53:55

Antimilli ünsürlər. ....

Senan 2023-01-27 10:34:41

Azərbaycan adlı məmləkətin oğru yırtıcı elitası cəza almadıqca bundan sonra da belə olacaq..

Elmira 2023-01-27 10:07:39

Adam "bunların" haqqında oxuyanda çox darıxır...!

t.ədalət 2023-01-27 10:06:03

bu talançı və oğru kadrların dünyanın heç bir yerində tayı-bərabəri yoxdur.Bu talançıların əməlləri o qədər bir-birinə bənzəyir ki,sanki eyni anadan süd əmən ekizlərdir.Əlbəttə,talan və oğurluq hissi ilə yaşayanların ,şübhəsiz etnik bir fərqi var.Bir türkün öz vətəni üçün bu qədər "əngəlkələz" olması inandırıcı ola bilməz.

Son yazılar