Şəki Apellyasiya Məhkəməsinin sədri vətəndaş qəbulu keçirdi - FOTOLAR

Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev yanvarın 27-də məhkəmə fəaliyyəti ilə bağlı Qax rayonunda vətəndaşların növbəti qəbulunu həyata keçirib.

E-huquq.az xəbər verir ki, qəbuldan öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qax şəhərindəki abidəsi ziyarət edilmiş və önünə ehtiram əlaməti olaraq tər gül dəstələri qoyulub.

Qax Rayon Məhkəməsinin inzibati binasında qəbula gələn vətəndaşların hər biri Şəki Apellyasiya Məhkəməsinin sədri tərəfindən dinlənilib, onlara müraciətlərində irəli sürülən məsələlərin həlli ilə bağlı müvafiq izahlar verilib və ya müraciət başqa orqanın səlahiyyətlərinə aid olduqda aidiyyəti orqana müraciət etmək hüququ izah edilib.

Qəbula gələn vətəndaşlar qayğılarına daim diqqət və həssaslıqla yanaşılmasına, yerlərdə qəbulların keçirilməsi ilə bağlı yaradılan şəraitə görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildiriblər

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar