"ABŞ Cənubi Koreyanı müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazırdır" - Pentaqon

"ABŞ Cənubi Koreyanı müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazırdır".

APA “Deutsche Welle” televiziyasına istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Cənubi Koreyaya səfəri zamanı deyib.

Bildirilib ki, Şimali Koreyanın nüvə potensialının artması fonunda Cənubi Koreyaya səfər edən Ostin koreyalı həmkarı Li Conq-Sapla görüşüb.

Rəsmi Seul Şimali Koreya tərəfindən potensial təhlükənin artması səbəbi ilə Vaşinqtondan zəmanət əldə edib.

Pentaqon rəhbəri öz növbəsində söz verib ki, ABŞ Cənubi Koreyanı qorumaq üçün bütün adi və nüvə çəkindirici vasitələrdən istifadə etmək mövqeyinə sadiqdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar