“ABŞ tərəfindən vurulan “naməlum uçan obyekt”-lər (UFO) əsində zərərsiz şarlar imiş. Yüksək hündürlükdə uçan bu şarlar amerikalılar üçün heç bir təhlükə törətmir”.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın Kəşfiyyat rəsmiləri konqresdə keçirilən brifinq zamanı bildiriblər.
Brifinq çərçivəsində ABŞ-ın aviasiya və kəşfiyyat bölmələrinin sözügedən hava şarlarının mahiyyəti və məqsədi ilə bağlı araşdırmalarını davam etdirəcəyi bildirilib.
Xatırladaq ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ ordusunun F-22 və F-16 döyüş təyyarələrindən istifadə edərək, fevralın 10-da Alyaska üzərində, fevralın 11-də Kanada hava məkanında və nüvə silahlarının olduğu Montana ştatındakı Huron gölü ətrafında “naməlum uçan obyekt” vurduqlarını açıqlayıb.
Bu açıqlamanın ardından yerli KİV-lər başda olmaqla, bir sıra xarici mətbu orqanlar yadplanetlilərlə bağlı müxtəlif sui-qəsd nəzəriyyələri irəli sürməyə, gülünc fikirlər səsləndirməyə başlamışdılar…
“AzPolitika.info”


Şərhlər