Menu

“Laçın-Xankəndi yolunun üzərində nəzarət-keçid məntəqəsi yaradılsın” - Səbinə Əliyeva

05.03.2023, 19:08
“Laçın-Xankəndi yolunun üzərində nəzarət-keçid məntəqəsi yaradılsın” - Səbinə Əliyeva

“Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktlarının bundan əvvəl də müəyyən olunub və bununla bağlı beynəlxalq təşkilatlara dəfələrlə müvafiq bəyanatlarla müraciət edilib”.

“Report”un xəbərinə görə, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda törətdiyi növbəti hərbi təxribata münasibətində yer alıb.

Qeyd olunub ki, bütün xəbərdarlıqlara baxmayaraq təxribatlar davam edib: “İnsanların həyat və sağlamlığına ciddi təhdidin mövcudluğunu nəzərə alınaraq, Azərbaycanın dövlət sərhədində Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasını tələb edirik”.

Şərhlər

Anar 2023-03-05 19:21:51

Azərbaycan nə zaman qətiyyətli olacaq? Öz torpağımızda nəzarət postu yaratmaq üşün kimdənsə icazə almalıyıq? Bu nə cəfəng müraciətdir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol