RUSİYANIN 4 SURSAT ANBARI, BİR HƏRBİ BAZASI VURULDU – Ukrayna ordusu ilk mərhələyə start verdi

Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalçı ordusuna qarşı yaz hücumunun ilk mərhələsinə start verib.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbr verir ki, bu mərhələdə ənənəvi qaydada rus ordusunun təchizat anbarları, logistika xətlərinə HIMARS artilleriya qurğuları vasitəısi ilə zərbələr endirilib. Beləliklə, martın 27-də vurulan obyektlər:

-Melitopolda silah-sursat anbarı;

-Donetdsk vilkayətinin Volnovaxa rayonunda, silah-sursat anbarı;

-Baxmut rayonunda, silah-sursat anbarı.

-Zaporojye vilayətinin Tokmak rayonunda, silah-sursat anbarı;

-Donetsk şəhərində isə hərbi baza vurulub.

İtkilər barədə hələlik məlumat verilmir.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Xerson və Xarkov əməliyatlarından əvvəl də Rusiya ordusunun silah-sursat anbarlarına, hərbi bazalarına, qoşunların logistika xətlərinə, hərbi karvanlarına sistematik zərbələr endirmişdi. Nəticədə işğalçı ordu külli miqdarda hərbi sursat, avadanlıqlar və canlı qüvvə itirmişdi. Hərbi ekspertlər bu zərbələrin Xerson şəhərinin və Xarkov vilayətinin işğaldan azad olunmasında mühüm rol oynadığını bildirirlər.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar