AZƏRBAYCANLI QAZAXISTAN PARLAMENTİNƏ ÜZV SEÇİLİB – Məhərrəm Məhərrəmov kimdir? + DOSYE

Martın 19-da Qazaxıstanda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri təsdiqlənib.

“AzPolitika.info” xəbər verir ki, yeni deputat heyətində yer alanlardan biri də azərbaycanlı Məhərrəm Məhərrəmovdur. Onun təmsil olunduğu Qazaxıstan Xalq Partiyası (QKXP) 7 faizlik barajı keçib və M.Məhərrəmov da həmkarları ilə birgə deputat mandatı qazanıb.

Qeyd edək ki, M.Məhərrəmov əslən Azərbaycandan, Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ərəbyengicə kəndindəndir. Onun babaları sovet hökuməti tərəfindən Qazaxıstana sürgün edilib. Məhərrəm Məhərrəmov da 1971-ci il dekabrın 7-də bu ölkənin Taldıkurqan şəhərinin Koksu (yəni Göy su) rayonunun Balpık qəsəbəsində doğulub.

M.Məhərrəmov 1989–1991-ci illərdə keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Xidmətinin Çita şəhərində yerləşən Qırmızı Ulduzlu Zabaykal sərhəd dairəsində hərbi xidmətdə olub. 1998-ci ildə Qazaxıstan Kommunist Partiyasına üzv qəbul olunub, 2001-ci ildə Partiyanın Almatı vilayət komitəsinin birinci katibi, elə həmin ildə də QKXP-nin Mərkəzi Komitəsinin üzvü seçilib. 2005-ci ildə Partiyanın prezidentliyə namizədinin seçkiqabağı kampaniyası qərargahının rəhbəri, 2004, 2007 və 2012-ci illərdə isə Qazaxıstan Respublikasının Parlament Məclisinə deputatlığa namizəd olub. 2009-cu ildə Joldasbekov adına İqtisadiyyat və Hüquq Akademiyasında hüquqşünaslıq üzrə təhsil alıb. O, həmçinin QKXP MK-nın təşkilati-partiya və kadr işləri şöbəsinin müdiridir.

İlk dəfə 2016-cı ildə keçirilmiş parlament seçkilərində partiyanın deputat siyahısı üzrə Qazaxıstan Parlamentinin üzvü seçilib.

“AzPolitika.info” 




635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar