Menu

ABŞ Suriyada əməliyyat keçirib - İŞİD liderlərindən biri öldürülüb

04.04.2023, 11:05
ABŞ Suriyada əməliyyat keçirib - İŞİD liderlərindən biri öldürülüb

ABŞ ötən gün Suriyada keçirdiyi hərbi əməliyyat zamanı İŞİD terror qruplaşmasının liderlərindən birinin öldürüldüyünü açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, İŞİD-in liderlərindən hesab olunan Xalid Aydd Əhməd əl-Cəburi Suriyadakı əməliyyatlar zamanı məhv edilib.

Səlahiyyətli şəxslərin bldirdiyinə görə, əl-Caburi İŞİD-in Avropada törətdiyi terror aktlarının arxasında duran əsas şəxsdir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol