Menu

“Onun həbsini şəxsən Putin sifariş verib” - “Bu, Qərb üçün həyəcan siqnalıdır”

13.04.2023, 12:34
“Onun həbsini şəxsən Putin sifariş verib” - “Bu, Qərb üçün həyəcan siqnalıdır”

"The Wall Street Journal”-ın əməkdaşı Evan Qerşkoviçin həbsi “soyuq müharibə”nin bitməsindən keçən 40 il ərzində Rusiyanın amerikalı jurnalisti həbs etməsinə dair ilk faktdır.

“AzPolitika.info” xəbər verir ki, bunu “Bloomberg” nəşri Qerşkoviçin həbsilə bağlı yayımladığı materialda bildirib.

“Bloomberg” öz mənbələrinə istinadla yazır ki, amerikalı jurnalistin həbsini şəxsən Vladimir Putin öz hüquq-mühafizə orqanlarına sifariş edib. 

Məqalə müəllifləri qeyd edirlər ki, bu hadisə Rusiya hakimiyyətində Qərblə münasibətləri daha da gərginləşdirməyə tərəfdar olan və geriyə dönüşü istisna edən xəttin üstünlük qazanmasından xəbər verir: “Bu, ondan xəbər verir ki, Putinin fikrincə, stabil və etibarlı münasibətlərə qayıdış mümkün deyil. Bu, təkcə ABŞ deyil, bütövlükdə Qərb üçün həyəcanlı siqnaldır”.

Xatırladaq ki, martın 30-da həbs edilən jurnalist E.Qerşkoviç casusluqda ittiham olunur. Jurnalist bu ittihamları qətiyyətlə rədd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol