Xəbər verildiyi kimi, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov itkin düşüblər.
Onlardan Aqşin Bəbirov aprelin 11-də, Hüseyn Axundov isə bu gün - aprelin 13-də ermənilər tərəfindən tutulub.
Bu gün erməni “Teleqram” kanallarında hərbi qulluqçumuz Hüseyn Axundova işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb. Həmin kadrlarda əli arxadan bağlanan hərbçimizin mülki ermənilər tərəfindən döyüldüyü, müxtəlif işgəncələrə məruz qaldığı görünür.

Qeyd edək ki, hadisədən bir müddət sonra Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Ayxan Hacızadə “Twitter”-də paylaşım edərək, beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəftarı pisləməyə çağırıb. “Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən Azərbaycan Ordusunun 2 əsgəri Ermənistan tərəfindən saxlanılıb.Onlar şiddətli şəkildə döyülüb və işgəncələrə məruz qalıblar. Bu cür pis rəftar, tamamilə qəbuledilməzdir və beynəlxalq səviyyədə pislənməlidir”, - XİN rəsmisi bildirib.

Bu barədə hüquqşünas Ələsgər Məmmədli “AzPolitika.info”-ya şərhində bildirib ki, yayılan kadrlarda hərbi qulluqçumuzun xoş olmayan rəftara və işgəncələrə məruz qaldığı aydın şəkildə görünür: “Bildiyiniz kimi, Cenevrə Konvensiyasının müharibə əsirlərinin hüquqlarının qorunmasıyla bağlı müəyyən öhdəlikləri var. Onlar əsir düşdükləri andan toxunulmaz sayılırlar. Əsirlərin müalicəyə ehtiyacı varsa, qarşı tərəf bununla məşğul olmalıdır və onlar heç bir halda qeyri-insani rəftara məruz qalmamalıdırlar. Bütün dövlətlər, o cümlədən də Ermənistan bu hüquqi öhdəliklərə hörmətlə yanaşmalıdır”.
Hüquqşünas qeyd edib ki, Azərbaycanın rəsmi qurumları dərhal bu hadisəylə bağlı hərəkətə keçməlidirlər: “Konkret olaraq məsələnin sübutlarını toplayaraq, beynəlxalq təşkilatlara təqdim etmək lazımdır. Ermənilərin hərbi əsirlərə qarşı qeyri-insani rəftarıyla bağlı beynəlxalq proses başladılmalıdır. Çünki bu tip hərəkətlər cəzasız qaldığı müddətcə davam edəcək. Beynəlxalq proses başladıldıqdan sonra konkret faktlar, sübutlar əsasında həmin dövlətin üzərinə öhdəlik qoyulur. Həmin öhdəliyə görə, hərbçimizə işgəncə verən şəxslər mühakimə edilməli və hüquqi məsuliyyətə cəlb olunmalıdırlar”.
E. Bəyməmmədli
“AzPolitika.info”


Şərhlər
Bizim də REMBO-larımız (filmlərdə olduğu kimi) var,niyə gizli şəkildə qarşı tərəfə keçib əsirləri xilas etmək olmur.Məncə olur,sadəcə bunu istəmək lazımdır.
bizimkilər neyniədi.....erməni əsirlərini yedirdib -içirdib qaytardılar hümanistlik edirik..kimə göstərirsiz bu humanistliyi,dünya birliyinə hansı ki,heç vecinə deyil ..minlərlə günahsiz gənclərimizi ,uşaqları,qadınları qətlə yetirəın ,ölkənin 20 faizini xarabaya çevirən bu vəhşilərə humanistlik edirsiz..
siz necə də nəzakətlə danışırsınız-elə bil mədəni millət barədə-ermənilərin xətrinə dəyməmək üçün..
Hansı beynəlxalq təşkilatlar? məgər onlar kor, kardırlar? hər şeyi sizdən də dəqiq bilirlər.-niyə münasibət bidirmirlər? çünki yox kimidirlər.. Bir də erməni əsiri tutulsa, başının dərisini soymaq lazımdır...
Yaşmanı göndərib Qafanı şumlamaq, əsirləri qaytarmaq 300-500-1000 nə qədər mümkünsə əsgərlərini əsir götürüb elə günə qoymaq lazımdır ki, anaları belə görəndə tanımasın
Rusiyanın əmri ilə əsirlikdəki supaya oxşayan erməniləri qaytaranda bilmirdiniz sonrası necə ola bilər?