Menu

“Biz borc götürülmüş vaxtla yaşayırıq”- Rafael Grossi

14.04.2023, 21:28
“Biz borc götürülmüş vaxtla yaşayırıq”- Rafael Grossi

“Biz borc götürülmüş vaxtla yaşayırıq”.

“AzPolitika.info” xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Grossi Ukraynada “Zaporojye” atom elektrik stansiyasının yaxınlığında baş verən partlayışlardan danışarkən deyib.

“Biz “Zaporojye” AES-in qorunması üçün tədbir görməsək, vaxtımız gec-tez tükənəcək. Bu, insan sağlamlığı və ətraf mühit üçün potensial ağır nəticələrə səbəb olacaq”,-deyə o, xəbərdarlıq edib.

Qeyd edək ki, aprelin 8-də və 12-də “Zaparojye” AES-in yaxınlığında iki mina partlayıb.

Xatırladaq ki, Rusiya qüvvələri ötən ilin martında “Zaporojye” AES-ə nəzarəti ələ keçirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol