Ukraynanın Müdafiə naziri Aleksey Reznikov bu günlərdə İspaniyanın “La Razon” qəzetinə birmənalı qarşılanmayan açıqlamalar verib.
"AzPolitika.info” xəbər verir ki, Reznikov müsahibəsində Ukraynanın müharibə dövründəki itkilərilə bağlı suala cavab verərəkən bu itkilərin Türkiyənin son zəlzələ zamanı itirdiyi insan sayından az olduğunu bildirib. Nazirin bu müqayisəsi qalmaqal yaradıb və narazılığa səbəb olub.
Aleksey Reznikov bu müqayisəsinə görə Türkiyə və Ukrayna vətəndaşlarından üzr istməli olub: “İspaniyanın “La Razon” qəzetinə müsahibəmdə Ukraynada və Türkiyədə kimləri incitmişəmsə, hamısından üzr istəyirəm. Ukraynalılar Türkiyə xalqının dərdinə şərikdir. Biz minlərlə günahsız insanın, dostların, qonşuların dəfn edilməsinin nə demək olduğunu anlayırıq”.
Reznikov Türkiyəyə müharibə başlayan gündən bəri göstərdiyi dəstəyə və Krımla bağlı mövqeyinə görə də dərin təşəkkürünü çatdırıb.
“AzPolitika.info”


Şərhlər