Menu

Bəzi marketlərin yeni hiyləsi: ƏDV-li və ƏDV-siz çeklər - VİDEO

20.04.2023, 22:12
Bəzi marketlərin yeni hiyləsi: ƏDV-li və ƏDV-siz çeklər - VİDEO

Bəzi mağazalardan alınan məhsullara görə ƏDV fərqli üsulla verilir. Xezerxeber.az-ın məlumatına görə, bu zaman iki qəbz təqdim olunur.

Belə ki, ilk qəbz ƏDV-siz olur, daha sonra isə onu təqdim etməklə ƏDV-li qəbzi alırsınız.

Hadisə Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən marketlərdən birində baş verib.

Alıcılar iddia edir ki, vəziyyətlə bağlı market rəhbərliyinə dəfələrlə müraciət etsələr də nəticə dəyişməyib. Bu mağazada alıcılara verilən qəbzin biri ƏDV-li, digəri isə ƏDV-siz olur. Bunu bilən də var, bilməyən də.

Məsələyə market rəhbərliyi də münasibət bildirib. Adını deməyən şəxsin sözlərinə görə, əvvəllər 1 çek verilib, sonradan problemlər yarandığından bu üsula əl atıblar.

Bənzər mənzərə Sumqayıtda olan marketlərdən birində də yaşanır. Alınan məhsula görə 2 çek verilir.

Mağazadan isə bildirilib ki, bu məsələ ilə bağlı heç bir məlumat vermək istəmirlər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən mövzu ilə bağlı bildirilib ki, problemlə bağlı əgər vətəndaşlar xidmətə müraciət edərlərsə, o zaman məsələ araşdırıla bilər.

Daha ətraflı süjetdə:

Şərhlər

Semed 2023-04-21 09:57:55

Sumqayitda Seda marketde analoji veziyyetdir

Rasim Quliyev 2023-04-21 03:58:07

Olmalidirda.Hele bu harasadir .... plaza umumiyyetle sederek kassasindan cek verir.EDV evezleshdirmek olmur .Vergi bos bosh oturub bele hallari anvaq veyendash sikayet edende gedib tapir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol