Menu

“Rusiya Avropada sülhü, dünyada sabitliyi oğurlayıb”– "Bu yöndə istənilən təklif rədd ediləcək"

24.04.2023, 12:20
“Rusiya Avropada sülhü, dünyada sabitliyi oğurlayıb”– "Bu yöndə istənilən təklif rədd ediləcək"

“Ukrayna tərəfdaşları ilə birlikdə ərazi bütövlüyünü və suverenliyini bərpa etməlidir. Bu, Avropada və dünyada sülhün təminatı üçün olduqca vacibdir”

“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Almaniyanın “Welt” nəşrində yayımlanan məqaləsində yazıb.

Kulebanın fikrincə, Putinə güzəştə getmək ölümcül səhv ola bilər: “Ukraynanın gözlənilən əks-hücumlarının başlayacağı bir vaxtda dünyanın hər yerindən Rusiya ilə Ukrayna arasında atəşkəs çağırışları edilir, təcili sülh danışıqlarına başlamağın lazım olduğu vurğulanır. Ancaq Rusiyanın münaqişəni dayandırmaq üçün heç bir real niyyəti yoxdur. Moskvanın sözləri mənasızdır. Onsuz da onlar Ukraynaya hücumlarını davam etdirəcək, daha çox insan öldürəcək və daha çox torpaq ələ keçirəcəklər”.

“Əsl sülh ədalətli və davamlı olmalıdır. Əsl sülh Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpası, Krım tatarlarının təhlükəsizliyinin təminatı, Qara dənizdə hərbi yox, taxıl gəmiləri, beynəlxalq hüququn aliliyi altında birləşən dünya deməkdir. Ukraynanın belə sülhə aparan yola baxışı real və konkretdir. Ukraynaya ərazi güzəştərinə getməsi yönündə edilən istənilən təklif rədd ediləcək. Bu müharibəni heç vaxt istəmədik. Biz beynəlxalq hüquq və BMT Nizamnaməsi çərçivəsində üzərimizə düşən haqqdan artığını istəmirik. Bu, qanuni bir tələbdir. Biz heç kimə hücum etməmişik və heç bir ərazi iddiası irəli sürməmişik. Biz sadəcə Rusiyanın bizdən oğurladığını geri qaytarmasını istəyirik. Mən təkcə Ukrayna regionunu nəzərdə tutmuram. Rusiya Avropada sülhü, dünyada sabitliyi oğurlayıb”, - deyə o bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol