Türkiyənin hakim “Cümhur İttifaqı”nın üzvü, MHP sədri Dövlət Baxçalı Nevşehir keçirilən təşviqat mitinqində “Millət İttifaqı”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun ünvanına sərt ittihamlar səsləndirib.
“AzPolitika.info” xəbər verir ki, MHP lideri İyi Partiyanın sədri Meral Akşenəri də hədəf alıb.
“Prezident idarəetmə sistemi keçmişdən qopmaq deyil, əksinə, mədəni irsimizi gələcəyə daşımaq üçündür.Türkiyə əvvəlkindən çox daha güclü səviyyəyə çatıb. Yeni əsrin astanasında yeni yol xəritəsi müəyyən olundu. Həmd olsun, nəhəng oyanış baş verdi. Bu uğur “Cümhur ittifaqı”nın uğurudur. Türkiyə xalqı ölkənin inkişafa seyirçi qalmadı. Əldə etdiyimiz nəticə çətin və əziyyətli olsa da, qalib türk milləti oldu” – deyə, MHP lideri bildirib.
Dövlət Baxçalı daha sonra deyib: “CHP-nin, İYİ Partiyanın, separatçı HDP-nin məqsədi parlamentar sistemə keçməkdir. Koalisiya hökumətlərini tərifləmək ağılsızlıqdır. Belə təfəkkürlü insanların ağlı dabanındadır. “Baş nazir olacağam” təbliğatı ilə FETÖ layihəsi kimi ortaya çıxanlar öz partiyalarında nə idealist, nə də millətçi qoyublar. Dövlətin yaddaşı canlıdır. Dövlətin nə olduğunu bilməyənlər, millətə dərin bağlılıq hiss etməyənlər, siyasi həyatını şəxsi maraqlarla bağlayanlar Nevşehirin üzünə baxa bilmirlər. Biz həqiqəti söyləməkdən çəkinməyəcəyik. O, separatçı terror təşkilatı PKK Kılıçdaroğlunun yanındarıdır. Onu CHP-nin namizədi kimi FETÖ-çular, Türkiyənin düşmənləri, imperializmə xidmət edənlər göstərib. Kılıçdaroğlu heroin satanlardan “təmiz pul” alacağını iddia edir. HDP-nin qəyyum partiyası Yaşıl Sol Partiyası isə Kılıçdaroğlunun arxasındadır. Zillet ittifaqı terror ittifaqıdır. Ölkəmizin gələcəyini Kılıçdaroğluna buraxmaq olmaz. Onların uğursuzluğa düçar olacaqları gün kimi aydındır”.
Rasim
“AzPolitika.info”


Şərhlər