Menu

Lukaşenko uşaqların oğurlanmasında Putinə kömək edir...

27.04.2023, 00:28
Lukaşenko uşaqların oğurlanmasında Putinə kömək edir...

Kiçik ukraynalıları guya Belarusa sağlamlığın bərpası üçün gətirirlər.

Belarus hakimiyyəti ukraynalı uşaqları oğurlamaqda Rusiya Federasiyasına kömək edir.

Mindən artıq kiçik ukraynalını Minsk vilayətindəki düşərgəyə gətirəcəklər. «Kömək göstərilməsinin coğrafiyasını genişləndiririk. Bizim fondumuza Zaporojyedən olan ictimai fəal Vladimir Roqov müraciət edib - onun bölgəsindən olan uşaqlara sağlamlığın bərpası üçün dəstək vermək xahişi ilə» - Belarus rejiminin tərəfdarı Aleksey Talayın xahişini «Belta» dövlət KİV-i sitat gətirir.

Onun sözlərinə görə, Ukraynadan olan uşaqların qeyri-qanuni yerdəyişməsi Aleksandr Lukaşenkonun tapşırığı əsasında həyata keçirilir. Talay həm də bəyan edib ki, 3 yaz növbəsi planlaşdırılıb, onların çərçivəsində Ukraynadan Belarusa mindən artıq uşaq və yeniyetmə gətiriləcək.

AzPolitika.info

Şərhlər

t.ədalət 2023-04-27 09:51:28

Lukaşenko da bir putindir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol