Menu

Ukrayna hava məkanını açmağa hazırlaşır? - “Kiyevdə bunun üzərində çalışırlar”

27.04.2023, 18:21
Ukrayna hava məkanını açmağa hazırlaşır? - “Kiyevdə bunun üzərində çalışırlar”

“Ukrayna öz mülki aviasiyasının uçuşlarının bərpasına aktiv şəkildə hazırlaşır”. 

“AzPolitika.info” xəbər verir ki, bunu Fransanın Nəqliyyat naziri Kleman Bon Ukrayna mətbuatına açıqlamasında deyib.

Fransalı nazir bildirib ki, onun ölkəsi bu işdə ukraynalı həmkarlarına köməklik göstərir. Belə ki, Fransa işsiz qalan ukraynalı sərnişin təyyarəsi pilotlarının praktikaya malik olması üçün onların aviasimulyatorlarda məşq etməsinə şərait yaradır. 

Bu, ondan ötrüdür ki, uçuşlar bərpa olunanda pilotlar dərhal uçuşları həyata keçirə bilsinlər: “Bu, olduqca vacib məsələdir. Ümid edirəm ki, Ukrayna üzərində mülki aviasiyanın uçuşlarının bərpası tezliklə baş verəcək. Belə başa düşürəm ki, Ukraynada hava məkanının açılması ilə bağlı müəyyən düşüncələr var və Kiyev bunun üzərində əzmlə çalışır. Lakin təhlükəsizlik başlıca sual olaraq qalır”.

“AzPolitika.info”   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol