Menu

Son 15 ayda İranda ən azı 850 nəfər edam edilib

19.11.2014, 15:40
Son 15 ayda İranda ən azı 850 nəfər edam edilib

Noyabrın 18-də BMT Baş Assambleyasının insan hüquqları komitəsi İranda edamların artmasından narahatlıq bildirən qətnamə qəbul edib.

“Media forum” saytının məlumatına görə, qətnamədə deyilir ki, son 15 ayda İranda ən azı 850 nəfər edam edilib.

Qətnamədə siyasi məhbuslara işgəncə verilməsinin dayandırılması, cinsi ayrı-seçkiliyə, jurnalistlərə və ictimai fəallara qarşı təqiblərə son qoyulması tələb olunur.

Sənəddə BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhidin 2005-ci ildən ölkəyə səfərinə qoyulmuş qadağanın götürülməsi də tələb edilir.

Qətnamə səsverməyə çıxarılarkən 78 ölkə onu dəstəkləyib, 35 ölkə sənədin əleyhinə səs verib, 69 ölkə bitərəf qalıb.

Qətnaməyə qarşı çıxan ölkələrdən Rusiya və Çinin nümayəndələri deyiblər ki, BMT hansısa ölkəni hədəfə alıb ona damğa vurmağa çalışmamalıdır.

Bu qətnaməni dekabr ayında BMT Baş Assambleyasının da qəbul etməsi üçün səsverməyə çıxarılacağı gözlənir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol